Velosipedçilərimiz “Tour of China” veloyürüşündə
Tarix: 01.09.2014 | Saat: 23:45:00 | E-mail | Çapa göndər


Çində Beynəlxalq Velosipedçilər İttifaqının 2.1 kateqoriyalı “Tour of China” veloyürüşü davam edir. 22 komandanın iştirak etdiyi yarışda Azərbaycanın ilk peşəkar kontinental velosiped komandası “Synergy Baku” da mübarizə aparır.
Artıq nüfuzlu yarışda 2 mərhələ arxada qalıb. Yarışda 93,6 kilometrdən ibarət ilk mərhələdə velosipedçilərimizdən Metyu Bremmier, Markus Eybeger, Aleksandr Surutkoviç və Elçin Əsədov finişi mərhələ qalibi ilə eyni vaxtda keçən pelotonun içərisində olublar - 2 saat, 2 dəqiqə, 34 saniyə. İkinci mərhələdə iştirakçılar 137 kilometr məsafə qət ediblər. Bu dəfə də təxminən eyni hadisələr yaşanıb - Aleksandr Surutkoviç, Markus Eybeger, Elçin Əsədov və Metyu Bremmier mərhələ qalibi ilə eyni nəticəyə imza atmaqla Çin turundakı iddialarını ortaya qoyublar - 2 saat, 43 dəqiqə, 46 saniyə. İki mərhələdən sonra ümumi sıralanmada velosipedçilərimizdən ən yüksək göstərici Metyu Bremmierə məxsusdur. O, beşinci yerdə qərarlaşıb. Növbəti 3-cü mərhələdə iştirakçılar Quanjoudan Nanjinqə qədər olan 122,5 kilometr məsafəni qət etməlidirlər.




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
KİV: Santyaqo Solari “Real Madrid“in baş məşqçisi olacaq
13.11.2018
Messi mövsümün ən yaxşı oyunçusu mükafatını aldı
13.11.2018
Şahmat üzrə dünya çempionu adı uğrunda üçüncü partiya da heç-heçə nəticələnib
12.11.2018
“Sumqayıt”ın baş məşqçisi Nazim Süleymanov istefa verib
12.11.2018
Yeniyetmə azərbaycanlı güləşçi beynəlxalq turnirin qalibi olub

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10458

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info