XIN Avropa İttifaqı ilə vizaların sadələşdirilməsinə dair qüvvəyə minən sazişin detallarını açıqlayıb
Tarix: 02.09.2014 | Saat: 16:21:00 | E-mail | Çapa göndər


Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanın Avropa İttifaqı ilə imzaladığı vizaların sadələşdirilməsi və readmissiya haqqında sazişlərin qüvvəyə minməsi ilə əlaqədar məlumat yayıb.
XİN – in mətbuat xidmətindən verilən məlumata görə, vizaların rəsmiləşdirilməsinin sadələşdirilməsi haqqında sazişin məqsədi Azərbaycan və Avropa İttifaqı ölkələrinin vətəndaşları üçün qarşılıqlıq prinisipi əsasında vizaların verilməsinin sadələşdirilməsidir.

Sadələşdirilmiş viza rejiminin tətbiqi Azərbaycanla Avropa İttifaqı arasında bu sahədə əməkdaşlıq üçün yeni imkanlar açacaq. Readmissiya haqqında saziş isə qeyri-qanuni miqrasiyanın qarşısının alınmasında əməkdaşlığın gücləndirilməsinə xidmət edəcək.

Sazişə əsasən aşağıdakı istiqamətlərdə vizaların rəsmiləşdirilməsinin sadələşdirilməsi nəzərdə tutulur:

(I)Uzunmüddətli, yəni bir ildən beş ilədək etibarlılıq müddəti olan çoxdəfəlik giriş vizalarının rəsmiləşdirilməsi;
(II)Viza ərizələrinə baxılması üçün rüsumun məbləğinin endirilməsi və bir qrup kateqoriyadan olan şəxslərin rüsumdan azad edilməsi;
(III)Viza ərizəsinə baxılması müddətinin qısaldılması;
(IV)Diplomatik pasporta malik olan şəxslərin vizadan azad edilməsi;

(I) Uzunmüddətli, yəni bir ildən beş ilədək etibarlılıq müddəti olan çoxdəfəlik giriş vizalarının rəsmiləşdirilməsi

Beş il etibarlılıq müddəti olan çoxdəfəli giriş vizalarının rəsmiləşdirilməsi aşağıdakı kateqoriyadan olan vətəndaşlara tətbiq edilir:
-Hər iki tərəfin ərazisində qanuni yaşayan vətəndaşları ziyarət edən ər və ya arvad, valideynlər, yaşı 21-dən aşağı olan və ya valideyn himayəsində olan uşaqlar;
-Görüşlər, məsləhətləşmələr, danışıqlar və ya mübadilə proqramlarında, eləcə də hökümətlərarası təşkilatlar tərəfindən iştirakçı ölkələrin ərazisində təşkil edilən tədbirlərdə mütəmadi olaraq iştirak etməli olan rəsmi nümayəndə heyətlərinin daimi üzvləri.
Bir il etibarlılıq müddəti olan çoxdəfəli giriş vizaları əvvəlki il ərzində ən azı bir dəfə viza almış və səfər etdikləri dövlətin giriş və qalma qaydalarına uyğun tərzdə ondan istifadə etmiş aşağıdakı kateqoriya vətəndaşlara tətbiq edilir:
-Təlim və ya təhsil kursları, eləcə də mübadilə proqramlarında iştirak etmək məqsədilə ilə mütəmadi olaraq səyahət edən tələbələr və doktorantlar;
-Jurnalistlər və onları peşəkar səviyyədə müşayiət edən texniki heyət;
-Qardaşlaşmış şəhərlər tərəfindən təşkil edilən rəsmi mübadilə proqramlarının iştirakçıları;
-Azərbaycan və Avropa İttifaqı üzv dövlətlərinin əraziləri arasında beynəlxalq yükdaşımanı və sərnişin daşıma xidmətlərini həyata keçirən sürücülər;
-Tibbi məqsədlərlə mütəmadi əsasda səfər etmək ehtiyacı olan şəxslər və zərurətlə əlaqədar onları müşayiət edən şəxslər;
-Beynəlxalq sərgi, konfrans, simpozium, seminar və digər oxşar tədbirlərdə iştirak edən ixtisas sahibləri;
-Mübadilə proqramları da daxil olmaqla təhsil kursları, seminarlar, konfranslar məqsədilə mütəmadi olaraq səfər edən vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri;
-Universitet və digər mübadilə proqramları da daxil olmaqla elm, mədəniyyət və incəsənət tədbirlərində iştirak edən şəxslər;
-Beynəlxalq idman tədbirlərinin iştirakçıları və onları peşəkar səviyyədə müşayiət edən şəxslər;
-Rəsmi dəvətnaməyə əsasən görüşlər, məsləhətləşmələr, danışıqlar və ya mübadilə proqramlarında, eləcə də hökumətlərarası təşkilatlar tərəfindən iştirakçı ölkələrin ərazisində təşkil edilən tədbirlərdə mütəmadi olaraq iştirak etməli olan rəsmi nümayəndə heyətlərinin daimi üzvləri;
-İş adamları və kommersiya təşkilatlarının nümayəndələri.

Bu kateqoriyadan olan şəxslər səfər etdikləri dövlətin giriş və qalma haqqında qanunlarına uyğun tərzdə iki il ərzində bir illik çoxdəfəli vizalardan istifadə etdikləri halda, ən azı iki və ən çoxu beş il etibarlılıq müddəti olmaqla, onlara çoxdəfəli giriş vizaları rəsmiləşdirilə bilər. Saziş Avropa İttifaqı və Azərbaycan Respublikası vətəndaşlarına hər 180 gün ərzində 90 gündən artıq olmayan müddətə nəzərdə tutulmuş qalma üçün vizaların rəsmiləşdirilməsi məsələsini əhatə edir. Bu sadalanan şəxslər turist məqsədilə deyil, məhz peşəsi və ya üzrlü səbəblərlə (yəni müalicə və ya dəfndə iştirak) əlaqədar səfər etdikləri zamanı sadələşdirilmiş qaydada viza ala biləcəklər.

(II) Viza ərizələrinə baxılması üçün rüsumun məbləğinin endirilməsi və bir qrup kateqoriyadan olan şəxslərin rüsumdan azad edilməsi

Viza ərizələrinə baxılması üçün rüsumun məbləği 35 avro müəyyən edilmişdir. İştirakçı ölkələr viza rəsmiləşdirilməsi üçün kənar xidmət göstərən yardımçı şirkətlərlə əməkdaşlıq etdikləri halda, bu şirkətlər tərəfindən xidmətlər üçün əlavə ödəniş alına bilər. Bu halda xidmət üzrə ödənişin məbləği 30 avrodan artıq olmamalıdır. Aşağıdakı kateqoriyalardan olan şəxslərin viza ərizəsinə baxılması rüsumdan azad edilir:

-İştirakçı ölkələrin ərazisində qanuni yaşayan vətəndaşları ziyarət edən ər və ya arvad, valideynlər, yaşı 21-dən aşağı olan və ya valideyn himayəsində olan uşaqlar, babalar, nənələr və nəvələr;
-Rəsmi nümayəndə heyətlərinin üzvləri;
-Mübadilə proqramları da daxil olmaqla, təhsil və ya təlim kursları, eləcə də məktəblə bağlı digər fəaliyyət məqsədləri ilə səfər edən şagird, tələbə və onları müşayiət edən müəllimlər və doktorantlar;
-Əmək qabiliyyəti olmayan şəxslər və zəruri hallarda onları müşayiət edən şəxslər;
-Beynəlxalq idman tədbirlərinin iştirakçıları və onları peşəkar səviyyədə müşayiət edən şəxslər;
-Universitet və digər mübadilə proqramları da daxil olmaqla elm, mədəniyyət və incəsənət tədbirlərində iştirak edən şəxslər;
-Təcili tibbi müalicə almaq, yaxın qohumunun dəfn mərasimində iştirak etmək və ya ciddi xəstə olan yaxın qohumunu ziyarət etmək kimi hallar daxil olmaqla, humanitar əsasda səfərlərinin zəruriliyini sübut edən sənədləri təqdim edən şəxslər və bu şəxsləri müşayiət edənlər;
-Təhsil kursları, seminar və konfranslarda iştirak məqsədilə səfər edən vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri;
-Təqaüdçülər;
-12 yaşadək olan uşaqlar;
-Jurnalistlər və onları peşəkar səviyyədə müşayiət edən texniki heyət.

(III) Viza ərizəsinə baxılması müddətinin qısaldılması
Viza ərizələrinə baxılması müddəti 10 təqvim gündür. Əlavə araşdırma tələb olunduğu təqdirdə, baxılma müddəti 30 təqvim gününə qədər uzadıla bilər.

(IV) Diplomatik pasporta malik olan şəxslərin vizadan azad edilməsi
Diplomatik pasporta malik olan şəxslər vizadan azadan edilərək, sərbəst, yəni vizasız səfər etmək imkanı əldə edəcəklər. Sazişin müddəaları Avropa İttifaqının üzv dövlətləri olan Danimarka, Böyük Britaniya və Şimali İrlandiya Krallığı (Birləşmiş Krallıq) və İrlandiya, eləcə də Şengen Sazişinə qoşulmuş İslandiya, Norveç, İsveçrə və Lixtenşteynə münasibətdə tətbiq edilməyəcək.
Tural




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
İN: Qondarma qurumun ABŞ ərazisində təşviqi bu ölkənin Minsk qrupunun həmsədri kimi öhdəlikləri ilə ziddiyyət təşkil edir
17.11.2018
ATƏT-in Minsk qrupu işğalçı Ermənistana təzyiq göstərmək üçün bütün alətlərdən maksimum istifadə etməlidir
17.11.2018
Ermənistan Belarus və Qazaxıstanla KTMT-də müttəfiq dövlət olmasına baxmayaraq, ciddi tərəfdaş kimi qəbul olunmur
17.11.2018
Rəsmi Bakı: Belə qərəzli addımlar Fransanın Minsk qrupunun həmsədri kimi üzərinə götürdüyü öhdəliklərlə bir araya sığmır
17.11.2018
Fransalı deputatların Saakyanla mümkün görüşü Fransanın ATƏT-in Minsk qrupunun həmsədri kimi statusuna zidd olacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10495

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info