100 məktəbdə “Sağlam təhsil sinfi” yaradılacaq
Tarix: 02.09.2014 | Saat: 18:10:00 | E-mail | Çapa göndər


Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Sağlam təhsil sinfi” layihəsi çərçivəsində 100 məktəbin direktoru üçün seminar keçirilib. Seminarda ötən il bu layihəni Rusiyada təqdim edən akademik Vladimir Filippoviç Bazarnı layihənin pilot olaraq tətbiq olunacağı 100 məktəbin direktoru, psixoloqu, tibb heyətinə, eyni zamanda sinif müəllimlərinə bu barədə ətraflı məlumat verəcək. Təhsil Nazirliyinin aparıcı məsləhətçi Afət Süleymanova jurnalistlərə açıqlamasında deyib ki, Azərbaycanda Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasının tətbiqi istiqamətində bir çox addımlar atılır və bunlardan biri də “Sağlam təhsil-sağlam millət” layihəsidir. Onun sözlərinə görə, bu layihə ötən ildən həyata keçirilməyə başlanıb: “Bir çox araşdırma aparılıb, beynəlxalq təcrübə öyrənilib, monitorinqlər həyata keçirilib. Layihə çərçivəsində respublikanın müxtəlif məktəblərinin ayrı-ayrı yaş hədlərində uşaqlar tibbi müayinələrə cəlb edilir, sağlamlıq durumları öyrənilir. Araşdırmalar göstərir ki, artıq uşaqların təhsil mühitində sağlamlığının qayğısına qalmağın vaxtı gəlib çatıb. Bu məqsədlə layihə çərçivəsində Bakı şəhərinin 5 məktəbində, Sumqayıt şəhərinin 1 məktəbində hər məktəbdə 2 sinif olmaqla “Sağlam təhsil sinfi” yaradılıb.
A.Süleymanova qeyd edib ki, bu layihəni Rusiyada təqdim edən akademik Vladimir Filippoviç Bazarnı keçən ilin sentyabrında Azərbaycana gəlib və layihə barədə müvafiq məlumatlandırma aparıb: “Növbəti mərhələdə bu layihə 100 məktəbdə pilot layihə kimi tətbiq olunacaq. Belə bir məsuliyyətli işin ərəfəsində Təhsil Nazirliyi belə bir qərara gəldi ki, Vladimir Filippoviç Bazarnı yenidən Azərbaycana dəvət olunsun və növbəti mərhələdə pilot olaraq tətbiq olunacaq 100 məktəbin direktoru, psixoloqları, tibb heyəti, eyni zamanda siniflərin müəllimləri seminarlara dəvət olunsunlar. Bu gün 100 məktəbin direktoru seminara cəlb olunub və onlara çərçivəsində layihədə barədə ətraflı məlumat verəcək.
Qeyd edək ki, V.Bazarnının sistemi Rusiyanın müxtəlif regionlarında tətbiq edilir. Artıq 3 mindən artıq təhsil müəssisəsində bu metodika həyata keçirilir. Bununla yanaşı xarici ölkələrdə də bu sistem tətbiq olunmaqdadır.

Nigar




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Mərkəzi Klinikanın həkimləri vətəndaşları ödənişsiz müayinə edəcəklər
25.09.2018
Məcburi köçkünlərlə növbəti görüş keçirilib
25.09.2018
Qəbələdə 8 yaşayış məntəqəsinin yolunun yenidən qurulması yekunlaşır
25.09.2018
Nazir müavini: Pensiya təyinatı proseduru elektronlaşdırılacaq
24.09.2018
Səyyar ASAN xidmət davam edir

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10144

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info