İnternet resurslarına çıxış sürətləndirilir
Tarix: 02.09.2014 | Saat: 19:05:00 | E-mail | Çapa göndər


Bakı Telefon Rabitəsi İstehsalat Birliyində “Bakinternet” internet xidmətinin mövcud provayder platformasının genişləndirilməsi işlərinə başlanılıb. Bu barədə birliyin baş mütəxəssisi Elman Qədirov məlumat verib. Onun sözlərinə görə, yeni platforma istifadəyə veriləndən sonra Bakı şəhərində internet resurslarına çıxış daha sürətli və yüksək keyfiyyətlə təmin ediləcək. Belə ki, ən böyük yüklənmə saatında eyni vaxtda onlayn rejimində şəbəkəyə qoşulan abunəçilərin sayının 250 minə çatdırılması nəzərdə tutulur.
Yeni platforma alternativliyi təmin edilməklə 100 Gbit/s-ə qədər informasiya daşınması sürətinə malik olacaq. Platforma avadanlıqları bu sahə üzrə çox böyük təcrübəyə malik, dünyada qabaqcıl yeri tutan İT şirkətin istehsalıdır.
Qeyd edək ki, mövcud platformanın genişlənməsində əsas hədəflərdən biri də gələcəkdə Azərbaycanda internet şəbəkəsinin IPv4 ünvan resurslarından daha geniş imkana malik IPv6 ünvan resursları platformasına keçidini təmin etməkdir.
E.Qədirov qeyd edib ki, hal-hazırda bütün dünyada internet resurslarının mərhələli şəkildə IPv4-dən IPv6-a keçirilməsi prosesi davam edir. Bu nöqteyi-nəzərdən Azərbaycanda ilkin olaraq aparıcı mövqedə duran “Bakinternet” dövlət internet provayderi də öz platformasının gözlənilən dəyişikliyə hazırlığını təmin etməkdədir.
Qeyd edək ki, hazırda “Bakinternet” abunəçilərinin sayı 160 min nəfərdən, digər provayderlər üzrə isə 100 min nəfərdən çoxdur.

Fuad




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
On ayda neft sektoruna 5 milyard manatadək vəsait yönəldilib
17.11.2018
Azərbaycanda 32,2 milyon ton neft və 15,5 milyard kubmetr əmtəəlik qaz çıxarılıb
17.11.2018
Azərbaycan nefti bahalaşıb
16.11.2018
Qış fəslində əhalinin qazla təminatında problem olmayacaq
16.11.2018
“Sumqayıt Kimya Sənaye Parkında 18 müəssisə fəaliyyət göstərəcək”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10493

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info