Xaricdəki tələbələrimiz ölkəmizin inkişafına heyran qalıblar
Tarix: 02.09.2014 | Saat: 20:30:00 | E-mail | Çapa göndər


Xəyalə Şəfiyeva: “Hər yay tətilində olduğu kimi, bu il də tətilimi ana vətənimdə, Azərbaycanda keçirdim”

Orxan Həsənli: “Hər dəfə Vətənimə gələndə qürur hissi keçirirəm”

Vahab Dadaşlı:“Əminəm ki, qış tətilinə dönərkən doğma Bakımı bundan daha da gözəl, çiçəklənmiş görəcəm”

Artıq yay tətili bitdi. Buna isə daha çox tələbələr və şagirdlər sevinirlər. Çünki yeni tədris ili başlayır. Qarşıda tələbələri yeni uğurlar, nailiyyətlər gözləyir. Bu məsələdə daha maraqlı həyat keçirən və Vətəndən ötrü darıxacaq gənclərimiz isə xaricdə təhsil alan tələbələrimizdir. Dövlətin xüsusi diqqət mərkəzində saxladığı xaricdə təhsil alan gənclərin dünyanın müxtəlif bölgələrində oxumaqları, onların orada təhsildən kənar göstərdikləri fəaliyyətləri barədə məlumatlar vermişik, onlar barədə müsahibələr təqdim etmişik. Bəs, görəsən öz bacarıq, istedadı və eləcə də fəaliyyətləri ilə bu gənc yaşlarında Azərbaycanın fəxrinə çevrilmiş bu tələbələrimiz Vətənə gələndə hansı işlərlə məşğul olurlar? Doğma ölkələrində vaxtlarını səmərəli keçirirlərmi? Ümumiyyətlə, tətildə döndükləri ölkələrdə baş verən dəyişikliklər onlarda hansı təəssürat doğurur? Bu mövzuyla bağlı bir neçə xaricdə təhsil alan gəncmizə müraciət etdik.
Gürcüstandakı ali təhsilini bu ildən Ukraynada davam etdirmək qərarı verən Orxan Həsənli Vətəndən ötrü daim darıxdığını və Azərbaycana döndükdə burada vaxtını səmərəli keçirdiyini dedi: “Azərbaycan hər gəlişimdə gözəçarpacaq qədər dəyişiklik görürəm. Ölkəmiz günü-gündən inkişaf edir. Bəlkə də bunu Azərbaycanda yaşaya-yaşaya aşkar görə bilməzdim, amma bir müddət Vətəndən kənarda olduqdan sonra geri dönəndə bu halı aşkar görmək olur. Öncə ondan başlayım ki, doğulub, boya-başa çatdığım Sabirabad rayonu da çox dəyişib. Əvvəllər regionlar paytaxtla müqayisədə xeyli geridə qalırdı və bir sıra layihələrdə iqtisadi inkişafda xeyli zəifliklər olurdu. Bu gün isə sanki bölgələrimizdə bir-biri ilə yarışmalar gedir. Rayonlar və şəhərlərimiz sanki bir-biri ilə rəqabətə giriblər və bu əladır. Sabirabadın əvvəlki illərdə geridə qalmasını təsadüfdən demədim. Çünki rayonda artıq mərkəzləşmiş su sistemi çəkilir. Yəni, artıq əhali 24 saatlıq içməli su ilə təmin olunacaq. Yeni və müasir uşaq bağçasının tikintisinin də şahidi oldum. “ASAN Xidmət”in də inzibati binasının tikintisi davam edir. Bu tikintilər hamısı Sabirabad rayonunun sosial iqtisadi inkişafı üçün böyük rol oynayır. Bunlar Prezident İlham Əliyevin regionların inkişafına ayırdığı diqqətin nümunəsidir. Qəbələyə səfərimdə isə insanların daha çox öz istirahətlərini artıq ölkəmizdə keçirmələrinin şahidi oldum. Tufandağ yay-qış istirahət kompleksinin fəaliyəti göz oxşayır və qiymətlərin də münasib olması əhalini sevindirirdi. Bildiyimiz kimi, Azərbaycan İlk Avropa Oyunlarına ev sahibliyi edəcək. Bu mötəbər tədbir 2015 ci ildə Azərbaycanın tanınması üçün, ölkəmizin daha da inkişafına görə böyük işlər görəcək. Bununla bağlı Bakı Gimnastika Mərkəzinin açılışı oldu və bu, biz gəncləri sevindirir. Başqa ölkələrdə belə möhtəşəm idman kompleksina az-az rastlanırıq. Yeni ölkəmiz üçün daha böyük olan stadionun tikintisi davam edir və böyük həyəcanla bu möhtəşəm idman məbədinin də başa çatmasını gözləyirik. Bütün bunlarla yanaşı yüzlərlə yeni inzibati binaların tikintisi davam edir. Bütün bunlar Azərbaycanın nəinki, regionda, hətta dünyada öz sözünü deməsinə gətirib çıxaracaq. Yəni bir ölkəyə onun iqtisadi inkişafına görə qiymət verir, onunla razılaşır, ona müttəfiq olurlar. Azərbaycanın əzmkar “duruşu”, inamla irəliləməsi mənfur qonşularımızı da çıxılmaz vəziyyətdə qoyur. Son zamanlarda isə bundan narahatlıqlarını açıq şəkildə bildirirlər.
Qısası, mən hər dəfə Vətənimə gələndə qürur hissi keçirirəm. Ümid edirəm ki, yaxın illərdə peşəkar kadr kimi biz gənclər də bu inkişafın bir hissəsinə çevrilib öz töhfəmizi verəcəyik”.
Şimali Kipr Türk Respublikasının Doğu Akdeniz Universitetinin İctimai əlaqələr və reklamçılıq fakültəsinin tələbəsi Vahab Dadaşlı Azərbaycana hər yay gələndə xeyli dəyişikliklərin şahidi olduğunu söylədi: “Əvvəla, qeyd edim ki, artıq təhsilimin 1 ilini başa vurmuşam. Bu bir il uzun çəksə də, belə demək mümkünsə, mənim üçün bir an kimi gəlib keçdi. Bu bir il həyatımda, yaddaşımda unudulmaz, xoş məqamlarla qaldı. Artıq ay yarımdır ki, yay tətilindəyəm-doğma Vətənimdə, Bakımızdayam. Bu o demək deyil ki, Şimali Kipr mənim üçün yad bir məmləkətdir. O da Türkiyəmizlə birgə ikinci doğma ana Vətənimdir. Ancaq hər bir insan kimi mən də öz doğulduğum, boya-başa çatdığım torpaqda olmaqdan, onun üstündən gəzməkdən, onun havasını udub, suyunu içməkdən çox məmnunam, çox xoşbəxtəm. Çünki Vətənimin onun mərkəz şəhəri-paytaxtı olan Bakımızın inkişafı, tərəqqisi, gündən-günə çiçəklənməsi Vətənini, torpağını, dövlətini sevən, ona qəlbən bağlı olan hər bir Azərbaycan türkü kimi məni də sevindirməyə, ruhlandırmaya bilməz. Yay tətilinin ilk günündə Heydər Əliyev adına Hava Limanına ayaq basan andan Azərbaycanımızın, Bakımızın inkişafı, onun inamla gələcəyə doğru irəliləməsi özünü açıq-aşkar göstərməkdəydi. Elə bil ki, bura cəmi 4-5 ay öncə tərk etdiyim Vətənim, Bakım deyildi. Vətənimin, Bakımın gözəlliyinin üstünə növbəti bir gözəllik gəlmişdi. Hər yerdə uzun illərdən bəri davam edən tikinti, quruculuq, abadlıq işləri daha sürətlə, daha vüsətlə davam etməkdəydi. Bir anlıq çaşıb qalmışdım ki, bura Bakımızdır, yoxsa dünyanın, Avropanın ən gözəl, ən inkişaf etmiş şəhərlərindən biridir?! 10-15 il öncə heç ağlıma gəlməzdi ki, Vətənimiz bir anın içində bu dərəcədə dəyişəcək, gözəlləşəcək, keçmişlə müasirliyin bir-birini üzvü surətdə tamamlayan simvoluna çevriləcək. İndi buna necə sevinməyəsən, bundan necə qürurlanmayasan, fərəh hissi keçirməyəsən, sabaha ümidlənməyəsən? Bu inkişaf, bu tərəqqi, bu çiçəklənmə hər birimizi gələcəyə daha ümidlə, daha inamla baxmağa, bağlanmağa vadar edir. Ona görə bu inkişafa, bu tərəqqiyə, çiçəklənməyə görə biz xaricdə oxuyan gənclər dövlətimizin Prezidenti İlham Əliyevə minnətdarıq və minnətdar olmalıyıq. Məhz onun həyata keçirdiyi siyasət, işlər sayəsində Azərbaycanımız, Bakımız bu inkişafına, bu tərəqqisinə nail ola bilib. Artıq yay tətilimi başa vurmaq, ikinci doğma Vətənim Şimali Kiprə dönüb 2-ci kursda təhsilimi davam etdirmək üzrəyəm. İndidən Vətənim-Azərbaycanım, doğma Bakım üçün darıxmağa başlayıram. Ancaq buradan çox xoş əhvali-ruhiyyə ilə, sabaha daha böyük ümid və inam hissi ilə ayrılıram. İnanıram və əminəm ki, qış tətilinə dönərkən Vətənimi, doğma Bakımı bundan daha da gözəl, çiçəklənmiş görəcəm!”.
Misirin məşhur İsgəndəriyyə Universitetinin bu il məzunu olan Xəyalə Şəfiyeva ötən illər ərzində tətillərini Vətəndə keçirdiyini dedi: “Hər yay tətilində olduğu kimi, bu il də tətilimi ana vətənimdə, Azərbaycanda keçirdim. Yay tətilimi ailəmlə qohumlarımla, dostlarımla maraqlı etməyə çalışdım. Bundan başqa bir neçə aktiv fəaliyyətim də oldu. Misir mədəniyyət günü qeyd olunurdu ki, burada iştirak etdim. Misirdən milli rəqs ansamblı da dəvət olunmuşdu. Abşeron rayonunda yerləşən “Suzan Mubarak” ərəbdilli məktəbin tələbələrinin iştirakı ilə gözəl bir gecə keçirildi. Ondan əlavə “Auditoriada səfirdir” adli lahiyədə iştirak etdim. 5 olkədən səfirlər dəvət olunmuşdu. Onların arasında Azərbaycanın Misirdəki səfiri cənab Şahin Abdullayev də iştirak edirdi. 2 saat ərzində keçirilən görüş mənə gələcək diplomatiya həyatında çox böyuk təcrübə qazandırdı. Bir çox yeni gənc diplomat dostlar da əldə etdim.
Azərbaycanın dövlət kanalında gənclərə aid olan verilişə dəvət olunmuşdum. Misir-Azərbaycan dostluğu, iki ölkənin iqtisadi əlaqələri, Azərbaycanla Misir arasında olan fərqliliklər barədə, eləcə də təhsil sisteminə dair söhbətlərimiz oldu. Əlbəttə ki, ailəmlə də çox vaxt keçirə bildim. Bir neçə rayona səfərimiz oldu və məni həqiqətən sevindirən hal odur ki, hər yay vətənə tətilə gələndə paytaxt Bakıdakı dəyişikliklə bərabər, Azərbaycanın digər şəhərləri, rayonları eləcə də kəndlərinin də çox inkişaf etməsinin şahidi oluram.
Budəfəki gəlişimdə Misirdən dəvət olunan qonaqlarımız da oldu. Onların da Azərbaycana heyranlığının şahidi oldum. Hətta onlar Azərbaycanda yaşayıb işləmək arzusunda olduqlarını da dedilər. Misirdə olan sonuncu prezident seçkilərindən sonra iki ölkə arasında donmuş əlaqələrin yenidən başlaması məni çox sevindirir. Əminəm ki, bu dostluğun ömrü uzun müddətli olacaq.
Dostlarla görüşümüz də oldu. Xaricdə təhsil alan tələbələr olaraq bir araya gəldik. Maraqli bir görüş oldu. Hətta deyərdim ki, “beynəlxalq görüş” idi bu. Çin, Moldova, Böyük Britaniya, Rusiya,Türkiyə, Polşa, Birləşmiş Ərəb Əmirlikləri, İsveçrə, Amerika və digər ölkələrdə təhsil alan tələbələr ilə olan bu görüşdə hər kəs oxuduğu ölkə haqda söz açdı. Mənə bu görüşlərdə köhnə dostlarımı görməklə yanaşı, yeni biliklər əldə etmək də nəsib oldu”.

Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Biz tələbələri nəzəri cəhətdən çox yaxşı hazırlayırıq, ancaq praktiki cəhətdən yox
22.09.2018
Azərbaycan dinlərin və mədəniyyətlərin toqquşduğu deyil, qovuşduğu bir yerdir
21.09.2018
“Tələbələrin ixtisasa uyğun təcrübə qazanmaları üçün kifayət qədər imkanlar var”
18.09.2018
“Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
10.09.2018
“Məqsədimiz diaspor fəaliyyətinə vətəndaş dəstəyini artırmaqdır”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10134

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info