Bilik Fondunda yerli və xarici ziyalılarla görüş keçirilib
Tarix: 02.09.2014 | Saat: 21:26:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunda daha bir görüş keçirilib.
Fondun İnformasiya təminatı sektorundan verilən məlumata görə, görüşdə Himayəçilər Şurasının üzvləri akademik Kamal Abdullayev, professor Sahibə Qafarova, BSU-nun rektoru, professor Asif Hacıyev, millət vəkili Sevinc Fətəliyeva, Tbilisi Dövlət Universitetinin professoru David Qotseridze və professor Revaz Dzjladze iştirak ediblər.
Qonaqları salamlayan K.Abdullayev Prezident İlham Əliyevin tapşırığı ilə hazırda "Ölkəmizi tanıyaq" devizi altında keçirilən maarifləndirici aksiyadan danışıb. Bildirib ki, bu böyük aksiyanın davamı olaraq Bilik Fondunun "İlboyu bilik" layihəsi Azərbaycanın bütün bölgələrində həyata keçiriləcək: "Ölkəmizi tanıyaq" layihəsi gənc və yeniyetmələrin vətənpərvərlik tərbiyəsinin daha da yüksəldilməsində, dünyagörüşünün formalaşmasında mühüm rol oynayır. "Qardaşlaşmış məktəblər" proqramının da məqsədi bu çərçivədə bölgələrdə yaşayan yeniyetmələr arasında "bilik körpusu" yaratmaqdır".
Professor S.Qafarova Bilik Fondunun fəaliyyət dairəsinin genişliyindən danışıb: "Ümumiyyətlə, Bilik Fondunun həyata keçirdiyi layihələr Azərbaycan ictimaiyyətinin bütün zümrələrini əhatə edəcək. Bununla yanaşı, Azərbaycan elminin, mədəniyyətinin, incəsənətinin və tarixinin beynəlxalq miqyasda daha da dərindən tanıdılması və təbliği Fondun qarşısında duran mühüm vəzifələrdəndir".
Tbilisi Dövlət Universitetinin professoru D.Qotseridze Azərbaycanda belə bir fondun yaradılmasını alqışlayıb, onun həm də ölkələrimiz arasında mədəni və elmi əlaqələrin inkişafında yüksək xidməti olacağına əminliyini bildirib: "Təklif edirəm ki, Gürcüstanda Bilik Fondunun xətti ilə "Azərbaycanşünaslığın aktual problemləri" mövzusunda elmi konfrans keçirilsin, orada yaşayan azərbaycanlılar da konfransa cəlb olunsunlar".
Tədbirdə iştirak edənlər - professor A.Hacıyev, millət vəkili S.Fətəliyeva, professor Etibar Nəcəfov, Nailə İslamzadə, Böyükağa Məmmədov, Aqşin Rüstəmov da Bilik Fonduna bu məsuliyyətli işdə uğurlar arzulayıb və əllərindən gələni əsirgəməyəcəklərini bildiriblər.
Bilik Fondu sentyabrın 8-dən "İlboyu bilik" layihəsinə start verir. Layihə çərçivəsində "Qardaşlaşmış məktəblər" və respublikanın bütün şəhər və rayonlarında yerli ziyalıların da iştirakı ilə "İlk dərs" proqramları həyata keçiriləcək.
Bununla yanaşı, Bilik Fondu "Dini abidələrdə tarixin izləri", "Auditoriya +", "Yaradıcılıq fakültəsi", "Ustad və şəyird" kimi maraqlı layihələrə də başlayıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
16.01.2019
“Bizim həyət” layihəsi paytaxtın Sabunçu rayonunda icra olunur
16.01.2019
Yanvar ayı üzrə pensiyaların maliyyələşdirilməsinə başlandı
16.01.2019
Nazirlik işəgötürən şirkətlərə xəbərdarlıq etdi
15.01.2019
Ötən il sosial sığorta daxilolmalarında 11,8% artım qeydə alınıb
15.01.2019
Bu ildən pensiya təyinatı avtomatlaşdırılmış rejimdə həyata keçirilir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10562

1 Xocalı tarixi və mədəniyyəti
2 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
3 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
4 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
5 Çingiz Bayramov: “Azərbaycan bölgənin inkişaf etmiş ölkəsinə çevrilib”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info