“Əsas məqsədimiz gənc nəsildə yeni və maraqlı idman növlərinə maraq oyatmaqdır”
Tarix: 02.09.2014 | Saat: 21:31:00 | E-mail | Çapa göndər


Çimərlik futbolu gələn il Bakıda keçiriləcək ilk Olimpiya oyunlarında yüksək səviyyədə təqdim olunacaq”.
Bunu gənclər və idman naziri Azad Rəhimov deyib. Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədovanın verdiyi məlumata görə, A. Rəhimov Bakıda keçirilmiş “Euro Beach Soccer Cup Baku 2014”-ü seyr edib. Çimərlik futbolunun böyük həvəskarı olduğunu qeyd edən nazir bunları deyib: “Çox şadam ki, dünyanın ən məşhur idman yarışlarından biri olan çimərlik futbolu gələn il ölkəmizdə keçiriləcək Avropa Olimpiya oyunlarında digər idman növləri sırasında olacaq və dünya şöhrətli komandalar ölkəmizə təşrif buyuracaq. Əminəm ki, sözün əsl mənasında çox maraqlı yarışlar keçiriləcək”.
“Euro Beach Soccer Cup Baku 2014”-ə qatılan nazir Azad Rəhimov eyni zamanda Ümumdünya Çimərlik Futbolu Təşkilatının baş icraçı directoru Joan Cusco, Azərbaycan Çimərlik Futbolu Federasiyasının prezidenti Fərid Novruzi və Ümumdünya Çimərlik Futbolu Təşkilatının baş icraçı direktorunun müavini Gabino Renales və AFFA-nın baş katibi Elxan Məmmədov ilə görüşüb.
Nazir deyib ki, dövlət idmanın inkişafına yüksək səviyyədə diqqət verib, maliyyə vəsaiti ayırır: “Bizim əsas məqsədimiz gənc nəsildə yeni və maraqlı idman növlərinə maraq oyatmaqdır. Çimərlik futbolu da bu idman növlərindən biridir. Gələcəkdə çimərlik futbolu üzrə beynəlxalq yarışlara ev sahibliyi etməyi düşünürük və əminəm ki, biz birlikdə çox böyük uğurlara imza atacayıq”.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.01.2019
“Güzəştli mənzil” sistemindəki yeniliklər mayın 1-dən tətbiq ediləcək
21.01.2019
Ötən il 51 774 nəfər şəxs münasib işlərlə təmin edilib
21.01.2019
20 Yanvar əlilləri və şəhid ailələri etibarlı sosial müdafiə sistemi ilə əhatə olunublar
19.01.2019
20 Yanvar əlilləri və şəhid ailələrinə birdəfəlik maddi yardmlar verilib
17.01.2019
Dövlət Sosial Müdafiə Fondu tərəfindən ötən il 6148 sanator-kurort göndərişi verilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Dərslər təxirə salındı
4 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”
5 Yalçın Topçu: “Türkiyə və Azərbaycan arasında ticarət daha da artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info