Hava nəqliyyatı ilə yükdaşımalara nəzarət gücləndirilir
Tarix: 02.09.2014 | Saat: 21:48:00 | E-mail | Çapa göndər


Hava Nəqliyyatında Baş Gömrük İdarəsində "Hədəf" Mərkəzinin açılış mərasimi keçirilib.
Dövlət Gömrük Komitəsinin (DGK) mətbuat xidmətindən bildiriblər ki, sentyabrın 2-də Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsində "Hədəf" Mərkəzinin açılış mərasimi keçirilib. Tədbirdə DGK-nın sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev, BMT-nin Azərbaycanda rezident əlaqələndiricisi, BMT İnkişaf Proqramının daimi nümayəndəsi Antonius Broek və digər rəsmi şəxslər iştirak ediblər.
Mərasimdə məlumat verilib ki, "Hədəf" Mərkəzi Dövlət Gömrük Komitəsi və BMT-nin İnkişaf Proqramının birgə həyata keçirdiyi "Azərbaycan Respublikasında Gömrük Xidmətinin Təkmilləşdirilməsi" layihəsi çərçivəsində yaradılıb. Məqsəd hava nəqliyyatında gömrük işini müasir texnologiyalar əsasında qurmaqla, qaçaqmalçılıqla mübarizəni gücləndirmək və hədəfləri müəyyənləşdirməkdir. Mərkəz Heydər Əliyev Beynəlxalq Hava Limanı, eləcə də Gəncə, Lənkəran və Qəbələ hava limanlarını əhatə edəcək, hava nəqliyyatı vasitəsilə daşınan sərnişin və yüklərin dövlət sərhədindən keçirilməsi zamanı gömrük xidmətinin səmərəliliyinin artırılmasına və iqtisadi təhlükəsizliyin təmin olunmasına xidmət edəcək.
Bundan başqa, "Hədəf" Mərkəzində Azərbaycan Respublikası ərazisindən keçən tranzit, idxal və ixrac yükdaşımalarında iştirak edən bütün nəqliyyat vasitələrinə də nəzarət olunacaq.
Sonra BMT-nin Azərbaycanda rezident əlaqələndiricisi A.Broek çıxış edərək Mərkəzin yaradılmasını gömrük işinin asanlaşdırılması və təhlükəsizliyi baxımından çox əhəmiyyətli bir addım olduğunu, bu layihənin regionun digər dövlətləri üçün də faydalı ola biləcəyini vurğulayıb.
DGK-nın sədri A.Əliyev isə qeyd edib ki, Azərbaycan Gömrük Xidmətinin BMT İnkişaf Proqramı ilə əməkdaşlığı 1999-cu ildən başlayıb. Bu əməkdaşlıq indiyədək gömrük qanunvericiliyinin beynəlxalq standartlara uyğunlaşdırılması, gömrük rəsmiləşdirilməsi və nəzarətin avtomatlaşdırılması sisteminin tətbiqi işinə öz töhfəsini verib.
Mərasimin sonunda DGK ilə BMT-nin İnkişaf Proqramı arasında gələcək perspektivə dair memorandum imzalanıb.
Sənədi DGK-nın sədri A.Əliyev və BMT-nin Azərbaycanda rezident əlaqələndiricisi A.Broek imzalayıblar.
Tural




 
Bölməyə aid digər xəbərlər
18.06.2019
“Bakı-Məşhəd” müntəzəm sərnişindaşıma marşrutu açılacaq
18.06.2019
Vergilər nazirinin birinci müavini Ucarda vətəndaşlarla görüşəcək
18.06.2019
“Azeri Light”ın bir barreli 63,35 dollara satılır
18.06.2019
Kanadada yaşayan azərbaycanlılar cəmiyyət yaradıblar
17.06.2019
Dəniz nəqliyyatı ilə 292 milyon dollarlıq yük daşınıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10807

1 “Aa.com.tr”: “2020-ci ilə qədər Azərbaycan qazının Avropa bazarlarına çatması gözlənilir”
2 Rufiz Qonaqov: Xəzəryanı ölkələrin xalqları arasında dostluq və əməkdaşlıq platformaları əhəmiyyətlidir
3 Bakı Atatürk Liseyində məzun günü münasibəti ilə tədbir keçirilib
4 Ermənilərin təyyarəmizi vurmaq cəhdi uğursuzluqla nəticələnib - VİDEO
5 Çilidə güclü zəlzələ olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info