Litva səfirliyi: “Litvanın mövqeyi dəyişməz olaraq qalır”
Tarix: 02.09.2014 | Saat: 23:53:00 | E-mail | Çapa göndər


Bu ölkənin 15 tanınmış ictimai təşkilatı birgə bəyanatla Litva prezidentinə müraciət etməyə hazırlaşır
Litvanın Azərbaycandakı səfirliyi litvalı deputatların Ermənistan və Dağlıq Qarabağa səfərindən xəbərsiz olub. Bunu Litvanın ölkəmizdəki müvəqqəti işlər vəkili Şarune Kubuilite deyib. “Bu səfərlə bağlı məlumatları Ermənistan mətbuatından toplamışıq.
Səfər Litva deputatının rəsmi səfəri deyil və ölkəmizin rəsmi mövqeyini əks etdirə bilməz. Litvanın mövqeyi effektiv beynəlxalq müqavilələrdə ifadə olunub və dəyişməz olaraq qalır” - deyə Ş. Kubulite vurğulayıb. Xatırladaq ki, Litva Seyminin üzvü Dalya Kuodite qanunsuz şəkildə Azərbaycanın işğal edilmiş ərazilərinə səfər ediblər. Litvanın Xarici İşlər Nazirliyi bildirib ki, xanım Dalya Kuodite Litva parlamentinin üzvüdür və o hazırda, Ermənistan və Dağlıq Qarabağda şəxsi səfərdədir. Bu səfəri parlament və ya Litvanın digər rəsmi institutu təşkil etməyib. Nazirlik qeyd edib ki, bu şəxsi səfər Litvanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı mövqeyinə, eləcə də ölkənin Azərbaycan və Ermənistanla ikitərəfli əməkdaşlığına təsir etməyəcək: “Litva Xarici İşlər Nazirliyi inanır ki, parlament üzünün özəl səfəri Azərbaycan və Litva arasında aktiv inkişaf edən dost münasibətlərinə zərər gətirməyəcək”. Azərbaycanın Litvadakı səfiri Həsən Məmmədov isə bildirib ki, Litva parlamentinin bir deputatının Ermənistanla yanaşı Azərbaycanın işğal altında olan ərazilərinə də səfər etməsi bu ölkənin özündə də ciddi ictimai qınağa və tənqidə səbəb olub. O qeyd edib ki, faktla bağlı Litva parlamentinin vitse-spikeri, parlamentin Xarici əlaqələr komitəsinin sədri, xarici işlər nazirinin müavini ilə görüşlər keçirib: "Bütün görüşlərdə Litva ilə Azərbaycan arasındakı dostluq münasibətləri xüsusi olaraq vurğulanıb. Litva hökumətinin və parlamentinin rəhbərləri, ziyalılar, ölkənin aparıcı media qurumları, millət vəkilləri bu səfəri qətiyyətlə pisləyirlər. Onların hər biri mənimlə də görüşlərdə Azərbaycanın Litva üçün önəmli tərəfdaş olduğunu vurğulayır, bu səfəri qınadıqlarını bildirirlər. Və xüsusi vurğulayırlar ki, bu səfər xanım Dalya Kuoditenin öz şəxsi maraqlarını Litva dövlətinin maraqlarından üstün tutmasının nəticəsidir". H.Məmmədov qeyd edib ki, Litvanın 15 tanınmış ictimai təşkilatı bu səfərə etiraz olaraq birgə bəyanatla Litva prezidentinə müraciət etməyə hazırlaşır. Səfirin bildirdiyinə görə, erməni mediasında bu səfər və heyətlə bağlı yazılanlar "şoudan başqa bir şey" deyil.




 
Bölməyə aid digər xəbərlər
19.01.2019
Azərbaycan əleyhinə sifarişlə hazırlanmış bu cür “qətnamələr” gərəksiz kağız parçalarıdır
19.01.2019
1990-cı il 20 yanvar tarixinə keçən gecə Bakıda baş verən cinayətlər cavabsız qalmamalıdır
19.01.2019
Türkiyə xalqı 20 Yanvar faciəsini böyük kədər hissi ilə xatırlayır
18.01.2019
20 Yanvar faciəsi xalqımızın öz suverenliyi uğrunda apardığı mübarizənin şərəfli tarixidir
16.01.2019
Nikola Sturgeon: Brexitlə bağlı yeni referendumun keçirilməsi vacibdir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info