Livanda prezident seçmək üçün 11-ci uğursuz cəhd
Tarix: 03.09.2014 | Saat: 00:17:00 | E-mail | Çapa göndər


Livan parlamentinin ölkəyə prezident seçmək üçün keçirdiyi səsvermə cəhdi növbəti dəfə boşa çıxıb. Artıq 11-ci dəfədir ki, yetərsay olmadığına görə Livan parlamenti prezident seçə bilmir.
Parlament sədrinin sözçüsü Muhammed Ballut səsvermənin 23 sentyabr tarixinə ertələndiyini bildirib. Qeyd olunur ki, Deputatlar Palatasının sədri Nabix Berri və baş nazir Tamam Salyam iclasda iştirak etməyiblər ki, bu da Suriyayönümlü fraksiyalarla qərbyönümlü fraksiyalar arasındakı fikir ayrılığının hələ də aradan qalxmadığından xəbər verir. Artıq 100 gündən çoxdur ki, Livan prezidentsiz idarə olunur. İlk raund bu il aprelin 23-də keçirilmişdi və həmin tarixdən etibarən ölkəyə prezident seçmək üçün 11 cəhd olub. Lakin hər cəhddə yetərsay olmadığına görə uğursuzluqla nəticələnib. Sabiq prezident Mişel Süleyman mayın 25-də prezident postunu tərk edib. Livan qanunlarına görə, prezident vəzifəsini yalnız xristian-maronit etiqadına malik şəxslər tuta bilər. Əsas namizədlərdən biri “Livan qüvvələri” xristian partiyasının nümayəndəsi Samir Caaca hesab olunur. Lakin Azad Vətənpərvərlər Hərəkatının xristian lideri Mişel Aun konstitusiyaya dəyişiklik edilməsini və prezident seçkilərinin ümumxalq səsverməsi ilə keçirilməsini tələb edib. O, şiə blokları ilə birlikdə parlament səsverməsini boykot edib. Əks mövqedə olan siyasi qüvvələr isə hesab edir ki, ümumxalq səsverməsi ölkədəki konfessional tarazlığı poza bilər.




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Qətərdə regionun ultramüasir klinikası açılıb
19.11.2018
Putin:“Türk axını” tamamlandıqdan sonra Rusiya-Türkiyə enerji əməkdaşlığı daha da güclənəcək”
18.11.2018
Bolqarıstanı kütləvi etiraz aksiyaları bürüyüb
17.11.2018
Rusiyadan Ermənistana gedən magistralda 600-ə yaxın avtomobil qalıb
17.11.2018
Suriyada uşaqlardan ibarət terrorçu dəstələr yaradılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info