680 məktəbliyə Quba ilə yaxından tanış olmaq imkanı yaradılıb
Tarix: 03.09.2014 | Saat: 00:35:00 | E-mail | Çapa göndər


Respublikanın şimal bölgəsinə ekskursiyaya gələn son üç qrup - Qəbələ, İsmayıllı və Şamaxı məktəbliləri Quba rayonunun füsunkar təbiəti və tarixi yerləri ilə yaxından tanış oldular. Bununla da 2014-cü il üçün Azərbaycanın “Gənclər paytaxtı” seçilən Qubanı tur-aksiya çərçivəsində ziyarət edən qrupların sayı 17-yə, məktəblilərin sayı isə 680-ə çatıb.
Bu dəfə də hər üç qrupun üzvləri onları müşayiət edən bələdçilərə ilk növbədə Quba Soyqırımı Memorial Kompleksi və ərazidəki kütləvi məzarlıqla bağlı suallar veriblər. Memorial komplekslə tanışlıqdan əvvəl tur-aksiyanın iştirakçıları Quba şəhərindəki Cümə məscidində, ölkəmizdə dağ yəhudilərinin yığcam yaşadıqları Qırmızı Qəsəbədə və “Qədim Quba” xalçaçılıq müəssisəsində olublar. Bundan sonra məktəblilərin səbirsizliklə görmək istədikləri məkanla tanışlıq başlayıb. Günün ikinci yarısında Qəbələ, İsmayıllı və Şamaxı məktəblilərindən ibarət qruplar Quba rayonu ərazisində, Xınalıq yolu üzərində yerləşən dağ şəlaləsinə ekskursiya ediblər, "Rixos Quba Azerbaijan" otel kompleksi və burada yerləşən Azərbaycan Milli Qolf Klubu ilə yaxından tanış olublar.




 
Bölməyə aid digər xəbərlər
25.08.2019
Naxçıvan Qarnizonunda komanda-qərargah təlimi keçirilib
24.08.2019
İmişlinin bostan sahələrindən 2 min 500 ton məhsul yığılıb
24.08.2019
Muxtar respublikada ailə təsərrüfatlarının yaradılması və inkişaf etdirilməsi diqqət mərkəzindədir
24.08.2019
40 dərəcə isti olacaq
23.08.2019
Alınmaz qalamız Sədərək düşmənə gözdağıdır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10870

1 Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
2 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
3 “Stokholmda Rəssamlıq qalereyası açmaq planım var”
4 Prezident Kitabxanasında İrəvan xanları nəslinin nümayəndəsi Əmir Əli Sərdari İrəvani ilə görüş olub
5 Los Anceles sinaqoqunda Azərbaycanın tolerantlığına dair təqdimat keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info