“Azərbaycan Birinci Dünya müharibəsində”
Tarix: 03.09.2014 | Saat: 00:39:00 | E-mail | Çapa göndər


Dünən Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin Səbail rayon şöbəsində “Azərbaycan Birinci Dünya müharibəsində” mövzusunda elmi-praktik konfrans keçirilib.
AzərTAc xəbər verir ki, Respublika Veteranlar Təşkilatının təşkilatçılığı ilə keçirilən konfransda Milli Məclisin deputatları, veteranlar, ziyalılar, tarixçilər və ictimaiyyətin nümayəndələri iştirak ediblər. Əvvəlcə Birinci Dünya müharibəsində və ölkəmizin azadlığı uğurunda həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Respublika Veteranlar Təşkilatının sədri, ehtiyatda olan general-mayor Dadaş Rzayev çıxış edərək bildirib ki, konfrans tarixi döyüşlərin 100 illiyinə həsr olunub. D.Rzayev deyib ki, Birinci Dünya müharibəsindən 100 il ötür. 1914-cü il avqustun 1-də başlayan bu müharibə 1914-cü il Cahan müharibəsi adı ilə tarixə düşüb. Təbii ki, bundan əvvəlki bütün müharibələr kimi, bu savaş da bəşər tarixinə ədalətsiz müharibə, qırğın kimi daxil olub. Dörd il üç aydan çox davam edən bu ağır müharibədə Azərbaycan oğulları da şərəfli döyüş yolu keçiblər. Bu müharibədə Kayzer Almaniyası Azərbaycanı tutmağa cəhd edirdi. Ona görə də 1914-cü il oktyabrın 29-30-da alman qoşunları Qara dəniz limanlarını bombardman etdilər. Məhz həmin vaxt Azərbaycanın vətənpərvər oğulları-ümumiyyətlə, Qafqazda yaşayan və dini islam olan Qafqazın yerli müsəlman əhalisindən ibarət süvari alaylar yaratmağa təşəbbüs göstəriblər. Konfransda ehtiyatda olan polkovnik-leytenant, hərbi jurnalist Şəmistan Nəzirlinin “Azərbaycan əsgərlərinin Birinci Dünya müharibəsində göstərdikləri şücaət və igidliklər” mövzusunda məruzəsi dinlənilib.
Milli Məclisin deputatı Xanhüseyn Kazımlı, Prezident yanında Dövlət İdarəçilik Akademiyasının tarix kafedrasının müdiri, dosent Firdovsiyyə Əhmədova, Respublika Veteranlar Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov və başqaları çıxış edərək Birinci Dünya müharibəsi dövründə baş vermiş soyqırımı hadisələrindən danışıblar. Konfransın əhəmiyyətini vurğulayan natiqlər tarixin qaranlıq səhifələrinin üzə çıxarılması üçün bu cür tədbirlərin tez-tez keçirilməsinin zəruriliyini qeyd ediblər və azərbaycanlıların Birinci Dünya müharibəsində göstərdikləri qəhrəmanlıqlardan söhbət açıblar. Sonra mövzu ilə bağlı müzakirələr aparılıb.
Cavidan




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
“ADEX-2018” Azərbaycanın müdafiə sənayesi kompleksinin gücü və qüdrətinin nümayişidir
25.09.2018
Nəsimi rayonunda yeni park istifadəyə verilib
25.09.2018
Yaponiya Zaqatala və Qax rayonlarına təcili tibbi yardım maşınları verib
25.09.2018
“Loqos” psixoloji maarifləndirilmə sahəsində yeni bir fəaliyyətə imza atıb
25.09.2018
Azərbaycana, o cümlədən Naxçıvana gələn turistlərin sayını artırmaq üçün geniş imkanlar var

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10144

1 Yalnızlıq qorxusu
2 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
3 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info