Amerikalı jurnalist edamından əvvəl Obamanın siyasətini sərt tənqid edib
Tarix: 03.09.2014 | Saat: 16:22:00 | E-mail | Çapa göndər


Ötən gün internetdə yayılmış video görüntüdə amerikalı jurnalist Stiven Sotloff “İslam Dövləti” qruplaşması tərəfindən edam edilməzdən əvvəl ABŞ prezidenti Barak Obamanın xarici siyasətini kəskin tənqid edib. O, deyib:
“Obama, İraqa hücuma haqq qazandırmaq üçün siz amerikalıların həyatını və maraqlarını bəhanə etmişdiniz, bəs nə üçün sizin müdaxilənizə görə mən indi öz həyatımla cavab verirəm? Yoxsa mən ABŞ vətəndaşı deyiləm? “İslam Dövləti” ilə əvvəlki savaşlara biz amerikalı vergi ödəyicilərinin milyardlarla dollarını xərclədik və minlərlə əsgərimizi qurban verdik, bəs indiki müharibədə xalqın marağı nədədir?”.
“Mənim xarici siyasətdən anlayışım az da olsa, mən yaxşı xatırladıram ki, sizin seçkilərdəki qələbələriniz əsgərlərimizin İraq və Əfqanıstandan geri qaytarmaq, Quantanamo həbsxanasını bağlamaq vədləri hesabına əldə olunub. Obama, sizin prezidentlik müddətiniz sona çatmaq üzrədir, amma siz yuxarıda qeyd olunanların heç birini etmədiniz. Siz bu yalanlarla bizi, Amerika xalqını, oda sürüklədirsiniz”, deyə Sotloff edamından əvvəl nitqində bildirib.
Xatırladaq ki, “İslam Dövləti” terrorçu qruplaşması ABŞ-ın “Time” nəşrinin müxbiri Stiven Sotloffun başının kəsilməsi səhnəsini əks etdirən videoçarxı internet vasitəsi ilə yayıb.
Video görüntüdə terrorçular həmçinin digər əcnəbi girovun edam ediləcəyi ilə hədələyiblər. Onların növbəti qurbanının Böyük Britaniya vətəndaşı Devid Xeyns olacağı bildirilir.
Qeyd edək ki, “İslam Dövləti” qruplaşması bundan əvvəl amerikalı jurnalist Ceyms Foulini də edam ediblər.
Tural




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Yaponiya hökuməti dövlət qulluqçularının çoxunun evlərində işləməsinə çalışır
25.09.2018
Roma Papası Latviyada səfərdədir
25.09.2018
Mərkəzi Asiyada ilk beynəlxalq turizm universiteti Astanada açılacaq
25.09.2018
PKK başçısının yaxın silahdaşı həbs olunub
24.09.2018
Moldova Konstitusiya Məhkəməsi Dodonun səlahiyyətlərini müvəqqəti dayandırlb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10142

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info