“Azərbaycanla Türkiyənin imza atdığı layihələr regional rifah və inkişafa yardım edir”
Tarix: 03.09.2014 | Saat: 16:26:00 | E-mail | Çapa göndər


“Azərbaycandakı seçkilərdən sonra dövlət və hökumət rəhbərlərinin ilk qarşılıqlı rəsmi səfərləri artıq ənənəyə çevrilib. Mən də Azərbaycan Prezidenti İlham Əliyevin dəvətiylə qardaş Azərbaycana səfər etməkdən məmnunam”.
Anadolu Agentliyinin verdiyi xəbərə görə, bunu Türkiyə Prezidenti kimi Azərbaycana ilk səfərə gələn Rəcəb Tayyip Ərdoğan hava limanında jurnalistlərə açıqlamasında deyib.
Prezident bildirib ki, Azərbaycanla Türkiyəni tarixi, mədəni, milli köklər bir-birinə bağlayır, din və dil birliyi mövcuddur: “Azərbaycanın müstəqilliyini qazandığı gündən bu yana birlikdə çalışaraq münasibətləri “strateji tərəfdaşlıq" səviyyəsinə qədər qaldırmışıq”.
Ərdoğan deyib ki, Azərbaycan Prezidenti ilə ikitərəfli münasibətlər və əməkdaşlıq perspektivlərinin bütün tərəfləri müzakirə olunacaq: "Həmçinin beynəlxalq və regional məsələləri müzakirə edəcəyik. Daha sonra nümayəndə heyətlərinin iştirakı ilə geniştərkibli görüşümüz olacaq”.
Türkiyə Prezidenti iki ölkənin region üçün çox əhəmiyyətli olan böyük layihələrə imza atdığını da vurğulayıb: "Bakı-Tiflis-Ceyhan neft kəməri və Bakı-Tiflis-Ərzurum qaz kəməri ölkələrimiz arasında enerji sahəsindəki işbirliyinin ən önəmli örnəkləridir. Bu iki layihə iki ölkə arasındakı münasibətlərə təkan verməklə yanaşı regional rifah və inkişafa da yardım edir. Azərbaycan qazını Türkiyəyə və ölkəmizin üzərindən Avropaya daşıyacaq olan TANAP-ın və Bakı-Tiflis-Qars dəmiryolu xəttinin də fəaliyyətə başlaması üçün işlər davam etdirilir”.
Ərdoğan deyib ki, Azərbaycan Prezidenti ilə görüşündə Cənubi Qafqazda sülh və sabitliyin qorunub saxlanması da müzakirə mövzusu olacaq: “Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsi ilə bağlı görülən işlər barədə də müzakirə aparacağıq. Türkiyənin bununla bağlı görə biləcəyi işləri də dəyrləndirəcəyik”.
Prezident qeyd edib ki, bu səfərinin iki ölkə arasındakı dostluq və qardaşlıq əlaqələrini daha da dərinləşdirəcəyinə inanır.
Tural




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
İN: Qondarma qurumun ABŞ ərazisində təşviqi bu ölkənin Minsk qrupunun həmsədri kimi öhdəlikləri ilə ziddiyyət təşkil edir
17.11.2018
ATƏT-in Minsk qrupu işğalçı Ermənistana təzyiq göstərmək üçün bütün alətlərdən maksimum istifadə etməlidir
17.11.2018
Ermənistan Belarus və Qazaxıstanla KTMT-də müttəfiq dövlət olmasına baxmayaraq, ciddi tərəfdaş kimi qəbul olunmur
17.11.2018
Rəsmi Bakı: Belə qərəzli addımlar Fransanın Minsk qrupunun həmsədri kimi üzərinə götürdüyü öhdəliklərlə bir araya sığmır
17.11.2018
Fransalı deputatların Saakyanla mümkün görüşü Fransanın ATƏT-in Minsk qrupunun həmsədri kimi statusuna zidd olacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10496

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info