Türkiyədəki azərbaycanlı rektor Oxford Socrates mükafatına layiq görülüb
Tarix: 03.09.2014 | Saat: 16:47:00 | E-mail | Çapa göndər


Türkiyənin Giresun Universitetinin rektoru, prof. dr. Aygün Attar, Oxford Socrates mükafatına layiq görülüb. Türkiyənin vəzifədəki 7 qadın rektorundan biri olan azəri əslli türk vətəndaşı prof. Attar, rəhbərliyə gəldiyi 2012-ci ildən etibarən Giresun Universitetinə regional səviyyədə qazandırdığı beynəlxalq nüfuzu ilə diqqət çəkir. Görülən işlər nəticəsində Oxford Universitetinin Liderlər Zirvəsi, Giresun Universitetini həm də Ən Yaxşı Regional Universitet seçib.
Xatırladaq ki, əslən Azərbaycan türkü olan professor Aygün Attar 1962-ci ildə Qubadlıda anadan olub. Bakı Dövlət Universitetinin məzunu olan Aygün Attar 20 ildən artıqdır ki, Türkiyədə yaşayır. Azərbaycan tarixi və mədəniyyətinin təbliği istiqamətində fəaliyyət göstərən professor ermənilərin Azərbaycan və Anadolu türklərinə qarşı törətdiyi soyqırımlara həsr olunmuş bir çox məqalənin müəllifidir.

Fuad




 
Bölməyə aid digər xəbərlər
19.06.2019
Azərbaycanla İran və İndoneziya arasında əməkldaşlığa dair fikir mübadilələri aparılıb
19.06.2019
Bank mütəxəssis axtarır
19.06.2019
“Paşa Sığorta” işçi axtarır
19.06.2019
“Veysəloğlu” işçi axtarır
19.06.2019
Minimum əməkhaqqının artımı birbaşa olaraq 950 min nəfəri əhatə edəcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10810

1 Minimum aylıq əməkhaqqı artırıldı- Prezident Sərəncam imzaladı
2 Müəllimlərin maaşı artdı - 20 faiz
3 “Balımı daha da artırıb Prezident təqaüdü almaq niyyətindəyəm”
4 Bakı Atatürk Liseyində məzun günü münasibəti ilə tədbir keçirilib
5 Ermənilərin təyyarəmizi vurmaq cəhdi uğursuzluqla nəticələnib - VİDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info