Azərbaycan 144 ölkə arasında 38-ci yeri tutub
Tarix: 03.09.2014 | Saat: 17:31:00 | E-mail | Çapa göndər


Azərbaycan dünya ölkələrinin rəqabət qabiliyyətlilik reytinqində öz mövqeyini yaxşılaşdıraraq 144 ölkə arasında 38-ci yeri tutub. Bu barədə Dünya İqtisadi Forumunun (DİF) dərc etdirdiyi 2014-2015-ci illərdə qlobal rəqabət qabiliyyətliliyi üzrə hesabatda deyilir.
Azərbaycan üçün rəqabət qabiliyyətlilik reytinqi indeksi 4,53 təşkil edir.
Bundan əvvəlki, 2013-2014-cü illərin reytinqində Azərbaycan 148 ölkə arasında 39-cu mövqedə idi.
İndeksaltı reytinqə görə, ölkə makroiqtisadi mühit üzrə 9-cu, əmək bazarının effektivliyi üzrə 33-cü mövqedə qərarlaşıb.
Dünyanın ən rəqabət qabiliyyətli ölkəsi İsveçrədir. İsveçrə ilə yanaşı liderlər beşliyinə Sinqapur, ABŞ, Finlandiya və Almaniya daxildir.
Rusiya DİF-in rəqabət qabiliyyətlilik reytinqində 53-cü yerə qalxıb. Əvvəlki iki ildə olduğu kimi Estoniya postsovet məkanında lider olaraq qalır və 29-cu yeri tutur. Reytinqin birinci yarısında Azərbaycanla yanaşı Litva (41), Latviya (42), Qazaxıstan (50-ci mövqe) qərarlaşıb.
DİF reytinqləri münasib statistik məlumatların kombinasiyasına və şirkət rəhbərlərinin sorğusunun, geniş Dünya İqtisadi Forumunun milli tərəfdaşlarla birgə - hesabatda təhlil edilən ölkələrdə rəqabət qabiliyyətlilik və iqtisadi inkişaf məsələlərində ixtisaslaşmış aparıcı elmi tədqiqat institutları və şirkətlər tərəfindən keçirdiyi illik tədqiqatın nəticələrinə əsaslanır.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.02.2019
Böyük sənaye potensialı yaradılır: müasir zavodların yaradılması prioritetdir
19.02.2019
Qəzvin-Rəşt dəmir yolu Novruz bayramında istismara veriləcək
19.02.2019
Azərbaycan məhsulları “Prodexpo 2019” sərgisində medala layiq görülüb
19.02.2019
Strateji yol xəritələri üzrə görülən işlərin gedişi müzakirə edilib
19.02.2019
“Azexport” “Amazonla Qazan” təlimini davam etdirir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10605

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
4 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı
5 ABŞ-da atışma: xəsarət alanlar var


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info