Heydər Əliyev Beynəlxalq Aeroportunda dünyada analoqu olmayan layihə
Tarix: 03.09.2014 | Saat: 18:27:00 | E-mail | Çapa göndər


Heydər Əliyev Beynəlxalq Aeroportunda Uçuş Əməliyyatlarına Nəzarət Mərkəzi açılıb.
“Azərbaycan Hava Yolları” QSC-nin prezidenti Cahangir Əsgərov və xaricdən dəvət olunan mütəxəssislər mərkəzdə yaradılan şəraitlə tanış olublar. Bildirilib ki, mütəxəssis qruplarından biri yerli və beynəlxalq hava yollarında təyyarələrin uçuş marşrutunun qeydə alınmasına, uçuş üçün lazımi miqdarda yanacağın hesablanmasına, ehtiyat aerodromların seçilməsinə görə məsuldurlar. Uçuşların təşkili və idarəedilməsi üzrə dispetçerlər Dövlət Mülki Aviasiya Administrasiyası tərəfindən ABŞ-ın Federal Aviasiya Administrasiyasının lisenziyasını alıblar.
Diqqətə çatdırılıb ki, digər qrup uçuşların aeronaviqasiya təminatı üzrə mütəxəssislərdir. Onlar Azərbaycan aviaşirkətləri üçün dünyanın müxtəlif aeroportlarına uçuşa icazənin alınmasına, həmçinin planetimizin hava məkanında vəziyyətin daimi monitorinqinə və analizinə görə məsuldurlar. Uçuş heyətinin planlaşdırılması və idarə edilməsi üzrə dispetçerlər hər reysə hazırlıqlı və məşq keçmiş ekipajın və bort-bələdçilərin təyin edilməsinə, onların iş və istirahət vaxtlarının ən ciddi aviasiya məhdudiyyətlərinə uyğun gəlməsinə görə cavabdehdirlər.
ABŞ nəqliyyat komandanlığının sabiq generalı Dankn Mak Nab mərkəzin fəaliyyətə başlamasından məmnunluğunu bildirərək deyib: “Azərbaycan tərəfi ilə aparılan müzakirələrdən sonra qərara alınıb ki, bura aviasiya sahəsində mükəmməl bir mərkəzə çevrilməlidir. Bu məqsədlə bütün təchizat yüksək səviyyədə olmalıdır. Gələn il Azərbaycanda ilk Avropa Oyunlarının keçirilməsi də bu mərkəzin yaradılmasını şərtləndirən ən vacib amillərdən biridir. Mərkəz təyyarələr üzərində səmərəli nəzarətə imkanı verir”.
Amerikalı mütəxəssis Mike Senior isə bildirib ki, dünyada ilk dəfə məhz bu mərkəz vasitəsilə 4 ədəd avialayneri eyni vaxtda bir yerdən idarə etmək mümkündür. Bu, dünyada analoqu olmayan birgə layihədir.
Tanışlıqdan sonra xarici mütəxəssislər Uçuş Əməliyyatlarına Nəzarət Mərkəzinin təkcə ölkəmiz üçün deyil, bütövlükdə region uçun əhəmiyyətini vurğulayıblar.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Yanvar-avqust aylarında əsas kapitala 9 milyard manata yaxın vəsait yönəldilib
19.09.2018
Yeni yolların açılışı cənub bölgəsində turizmin inkişafına təkan verəcək
19.09.2018
“First in Azerbaijan“ investisiya təşviqi mexanizmi yaradılır
19.09.2018
Növbəti startap turu Sumqayıtda keçiriləcək
19.09.2018
Neft sənayesi işçiləri təltif edilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info