“İstərdik ki, Latviya ali məktəbində oxuyan azərbaycanlıların sayı daha çox olsun”
Tarix: 03.09.2014 | Saat: 18:44:00 | E-mail | Çapa göndər


Latviya Dövlət Universiteti (LDU) ilə Bakı Dövlət Universiteti (BDU) arasında əməkdaşlıq haqqında üç il bundan əvvəl imzalanmış müqaviləyə görə, iki ali məktəb arasında təcrübə mübadiləsi, tələbə və professor-müəllim heyəti mübadiləsi nəzərdə tutulur.
LDU-nun rektoru Martsis Auzinş açıqlamasında Azərbaycan ali məktəbləri ilə LDU-nun elmi əməkdaşlığı barədə söhbət açıb.
Rektor deyib: “Bakıda səfərdə olduğum müddətdə BDU-nun elmi kitabxanasında İkinci Dünya müharibəsinə qədər Bakıdakı Latviya diasporunun fəaliyyətindən bəhs edən “XX əsrin əvvəlində Latviya-Azərbaycan mədəni-tarixi əlaqələri” mövzusunda geniş ekspozisiya təşkil edildi.
XX əsrin əvvəlində Bakıda 100 nəfərə yaxın məşhur üzvü olan Latış Cəmiyyətinin fəaliyyət göstərdiyini biləndə mən, sözün yaxşı mənasında heyrətləndim. Tanınmış latış yazıçıları Ernest Birzniyeks-Upitis, Pavils Rozitis, Yanis Vaynovskis, Auqusts Bertse, rəssam və yazıçı Yanis Yaunsudrabinş, diplomat Antons Balodis, Bakı Opera Teatrının dirijoru, dahi latış bəstəkarı Yazeps Medinş, memar Ervins Paumbats və başqaları həmin cəmiyyətin üzvləri idi”.
M.Auzinşin sözlərinə görə Latviya Dövlət Universiteti Azərbaycan Dövlət İqtisad Universiteti ilə də fəal əməkdaşlıq edir. Latviyalı rektor deyir: “Keçən il aprel ayında Latviya Prezidenti A.Berzinşin Azərbaycana səfərində onu müşayiət edən nümayəndə heyətinin tərkibinə mən də daxil edilmişdim”.
O qeyd edir ki, bu gün Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramına daxil edilmiş LDU-nun strateji planının mahiyyəti xarici tələbələrin sayını artıraraq 10 faizə çatdırmaqdan ibarətdir. Avropa ölkələrində demoqrafik problemlərlə əlaqədar tələbələrin sayı daim azaldığına görə əcnəbi tələbələrin cəlb edilməsi bu uyğunsuzluğu tənzimləməyə, habelə universitetin beynəlxalq mühitini zənginləşdirməyə imkan verəcək.
LDU-nun Beynəlxalq Əməkdaşlıq Departamentinin məlumatına görə, universitetin Müasir dillər və biznes, beynəlxalq iqtisadiyyat və kommersiya diplomatiyası fakültələrində cəmi üç azərbaycanlı tələbə təhsil alır.
M.Auzinş diqqətə çatdırıb ki, LDU QS reytinqinə görə dünyanın ən yaxşı ali məktəbləri sırasına daxildir. Latviyanın bu ən iri dövlət ali məktəbi dünyanın ən yaxşı universitetlərinin “QS World University Rankings” reytinqinə ilk dəfə 2013/2014-cü dərs ilində daxil edilib.
LDU-nun rektoru Martsis Auzinş Bakı haqqında təəssüratlarını bölüşərək deyib: “Günəşli Azərbaycanın paytaxtında bir neçə dəfə olmuşam. Bu qonaqpərvər şəhər hər dəfə mənə çox xoş təsir bağışlayır”.
Tural




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
Özünüməşğulluq proqramı çərçivəsində 50-dən çox ailəyə mal-materiallar təqdim olunub
13.11.2018
“DOST” mərkəzlərinin yaradılması üçün əlavə vəsait ayrılıb
13.11.2018
13 noyabr - Beynəlxalq Gözdən Əlilliyi olan şəxslər Günüdür
13.11.2018
Bütün pensiyalar artırılacaq
12.11.2018
Daha 4 vərəsəyə sığorta ödənişi aldıqlarına dair sənədlər təqdim edilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10459

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info