“Azərbaycan rabitə və yüksək texnologiyalar sektoru üçün yaradılmış işgüzar mühit”
Tarix: 03.09.2014 | Saat: 21:06:00 | E-mail | Çapa göndər


Bakıda “Azərbaycan rabitə və yüksək texnologiyalar sektoru üçün yaradılmış işgüzar mühit” mövzusunda konfrans keçirilir. Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov bildirib ki, bu konfransda əsasən dövlət, özəl şirkətlərin əməkdaşlığı, dövlət tərəfindən yüksək texnologiyalar sahəsində özəl şirkətlərin inkişafı üçün yaradılan şərait və gələcəkdə perspektivli layihələr, habelə bu istiqamətdə bir sıra məsələlər ətrafında müzakirələr aparılacaq. Nazir əlavə edib ki, bu gün özəl şirkətlər dövlət büdcəsindən maliyyələşdirilən layihələrdə, həmçinin dövlətin yaratdığı düzgün şəraitdən istifadə edərək digər layihələrin həyata keçirilməsində daha maraqlıdırlar: “Yüksək texnologiyalar inkişaf etmiş ölkələrin transmilli şirkətləri ilə birgə layihələrin həyata keçirilməsində daha da maraqlıdırlar. Tədbirdə bundan sonra dövlətin bu istiqamətdə hansı addımlar atacağı, rəqabət qabiliyyəti mühitinin genişləndirilməsi və s. kimi məsələlər ətrafında fikir mübadiləsi aparılacaq”.
Qeyd edək ki, Azərbaycan-Amerika Ticarət Palatasının (AMCHAM) təşkilatçılığı ilə keçirilən “Azərbaycan rabitə və yüksək texnologiyalar sektoru üçün yaradılmış işgüzar mühit” konfransında dövlət və hökumət nümayəndələri, özəl şirkətlərin nümayəndələri də iştirak edir.

Nigar




 
Bölməyə aid digər xəbərlər
17.01.2019
Dövlət Sosial Müdafiə Fondu tərəfindən ötən il 6148 sanator-kurort göndərişi verilib
17.01.2019
Bu il daha 6400-dən çox şəhid hərbi qulluqçunun vərəsələri birdəfəlik ödəmə ilə təmin ediləcək
16.01.2019
“Bizim həyət” layihəsi paytaxtın Sabunçu rayonunda icra olunur
16.01.2019
Yanvar ayı üzrə pensiyaların maliyyələşdirilməsinə başlandı
16.01.2019
Nazirlik işəgötürən şirkətlərə xəbərdarlıq etdi

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10563

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
4 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
5 Prezident: Sarkisyan rejiminə dəstək verən, göz yuman beynəlxalq təşkilatların da onun törətdiyi cinayətlərdə payı var


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info