Lav rəsmən Bakı klubunda
Tarix: 03.09.2014 | Saat: 23:58:00 | E-mail | Çapa göndər


“Azəryol” növbəti transferini rəsmiləşdirib. Ötən mövsümü gümüş medalla başa vuran Bakı klubu bu dəfə Kanada millisinin hücumçusu Tabita Lavı rənglərinə bağlayıb.
Polşanın “Lodz” klubundan transfer olunan 23 yaşlı voleybolçu ilə 2 illik müqavilə imzalanıb. Daha öncə ABŞ-ın “Minnesota Universiteti” (2009-2011) və “Kaliforniya Universiteti” (2011-2012) klublarının formasını geyinən Lav Puerto-Rikada da legioner həyatı yaşayıb. O, 2012/2013 mövsümünü “Kriollas de Kaquas” klubunun uğurları üçün çalışıb. Lavın yeganə uğuru isə 2011-ci ilə təsadüf edib. O, Amerika qitəsinin universitetlərarası turnirinin qalibi olub. Qeyd edək ki, “Azəryol” daha öncə yığma oyunçularımızdan Oksana Parxomenko, Odina Əliyeva, Ceyran Əliyeva, Anastasiya Qurbanova, həmçinin serbiyalılar Yovana Brakoçeviçlə Yelena Nikoliç, bolqarıstanlılar Straşmira Filipovayla Lora Kitipova və braziliyalı Andressa Pikussa ilə müqavilə bağlayıb.




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
“Qarabağ” “Qəbələ”yə böyük hesabla qalib gəlib
23.09.2018
“Qalatasaray” ikinci dəfə böyük hesabla məğlubiyyətə uğrayıb
23.09.2018
Azərbaycan Premyer Liqası: “Sumqayıt” səfərdə “Keşlə”ni məğlub edib
23.09.2018
Dünya çempionatının dördüncü günündə yeddi ölkənin cüdoçuları fəxri kürsüyə qalxıblar
23.09.2018
Kifayət qədər yaxşı oyun nümayiş etdirdik

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10133

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info