Cəbhə xəttində yerləşən kəndlərin problemləri həll edilir
Tarix: 04.09.2014 | Saat: 01:13:00 | E-mail | Çapa göndər


Əhalinin problemlərinin yerində öyrənilməsi və həll edilməsi məqsədilə Tərtər Rayon İcra Hakimiyyəti tərəfindən rayonun kəndlərində mütəmadi olaraq sakinlərlə səyyar qəbul-görüşlər keçirilir.
Növbəti görüş cəbhə xəttində yerləşən Qazyan kəndində keçirilib. Rayonun hüquq mühafizə, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət sahələri rəhbərlərinin, ərazi icra nümayəndələrinin də iştirak etdikləri görüşdə əhalinin problemlərinin həlli, sosial rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərdən danışılıb. Görüşdə kənd sakinlərindən Əfşan Surxaylı, Fatma İsmayılova, Yaqub Balakişiyev, Əbülfət Cümşüdov və başqaları kənddə əhalinin həyat şəraiti və mövcud olan bəzi problemlərdən söz açıb, arzu və təkliflərini bildiriblər. Qeyd edilib ki, cəbhə xəttində yerləşən Qaynaq, Qapanlı, Qazyan kəndlərində 10 kilometr uzunluğunda yollarının təmir edilməsi, yeni subartezian quyularının qazılması, küçələrə müasir gecə işıqlanma sistemlərinin quraşdırılması dövlətimiz tərəfindən kənd sakinlərinə göstərilən qayğının bariz nümunəsidir. Qeyd olunub ki, əkin sahələrinin suvarılması üçün yeni subartezian quyularının qazılmasına, köhnəlmiş elektrik dirəklərinin və naqillərinin yenisi ilə əvəz edilməsinə, kənd yolunun asfaltlanmasına, orta məktəb və uşaq bağçası üçün yeni binaların tikilməsinə ehtiyac vardır.
Görüşdə qaldırılan məsələlərin həlli üçün aidiyyəti qurumların rəhbərlərinə tapşırıqlar verilib. Kənd sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən, rayonda aparılan abadlıq-quruculuq işlərindən razılıqlarını bildirərək, göstərilən diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını bildiriblər.




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Daxili orqanında narkotik vasitə keçirmək istədi
15.11.2018
AAYDA 100 illik yubileyi ilə əlaqədar qanvermə aksiyası təşkil edib
15.11.2018
Qaçaq yolla dərman gətirilməsi cəhdinin qarşısı alınıb
15.11.2018
Bu vulkanların ətrafında yaşayanlar üçün ciddi təhlükə var
14.11.2018
Bələdiyyə loqo müsabiqəsi elan edib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10481

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Gedir dayanmadan zamanın köçü”
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info