“Dağlıq Qarabağ münaqişəsi ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır”
Tarix: 04.09.2014 | Saat: 01:17:00 | E-mail | Çapa göndər


“Dağlıq Qarabağ münaqişəsinin uzanması qəbulolunmaz bir vəziyyətdir”. Bunu “Trend”ə açıqlamasında Bundestaqın deputatı, Almaniya-Cənubi Qafqaz parlament qrupunun rəhbəri Karin Ştrents bildirib. K.Ştrents qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsi həqiqətən də ağır bir münaqişədir və münaqişə danışıqlar yolu ilə həll olunmalıdır:
"Biz bu mövqeyə üstünlük veririk ki, münaqişə qan tökülmədən beynəlxalq hüquq və ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Biz belə bir şəraitdə səfərimiz zamanı münaqişəyə dair əldə etdiyimiz məlumatlarla parlamentə geri qayıdırıq". Bundestaq üzvünün sözlərinə görə, növbəti günlərdə Bundestaqın daha üç deputatı Azərbaycana səfər edəcək: "Bizim imkanımız olacaq ki, geri qayıtdıqdan sonra fikir mübadiləsi aparaq və əldə etdiyimiz informasiyanı öz ətrafımızla bölüşək". Azərbaycana səfərinin məqsədinə gəlincə isə alman deputat bildirib ki, bu səfərdə əsas məqsəd həm inkişaf perspektivləri barədə danışmaq, həm də iki ölkəni narahat edən, qayğılandıran məsələlər barədə fikir mübadiləsi aparmaqdır: "Biz öz həmkarımızla görüşdük, fikir mübadiləsi apardıq. Qeyd edim ki, bu səfər qarşılıqlı olaraq bir-birini məlumatlandırmaq və təcrübə mübadiləsi aparmaqdan ibarət idi". O, Azərbaycan və Almaniya arasında münasibətlərin inkişaf etdiyini bildirərək, əlaqələri yüksək qiymətləndirib.




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
“Ölkəmizdə elə bir sahə yoxdur ki, orada qadınlar təmsil olunmasınlar”
13.11.2018
Marko Alvera: TAP-ın inşası 2020-ci ildə başa çatacaq
13.11.2018
Tereza Mey: “Brexit” müzakirələri son mərhələyə çatıb
10.11.2018
ABŞ İrana qarşı hərbi əməliyyat planlaşdırmır
09.11.2018
Ermənistanın KTMT-dəki nümayəndəsinin geri çağırılması təbiidir, çünki rəsmi Yerevan yanlış siyasət yürüdür

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10461

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info