Lənkəranda 11 yeni məktəb binası istifadəyə veriləcək
Tarix: 04.09.2014 | Saat: 01:20:00 | E-mail | Çapa göndər


Sentyabrın 15-də Lənkəranda 11 yeni məktəb binası istifadəyə veriləcək. Bunu Lənkərandakı Heydər Əliyev Mərkəzində keçirilən müəllimlərin ənənəvi sentyabr konfransında şəhər Təhsil Şöbəsinin müdiri Şəhanə Əhmədova deyib. Qeyd olunub ki, şəhər 8 nömrəli, Bəliton, Yuxarı Nüvədi, Xanbulan, Darquba, Separadi, Tükəvilə kənd tam orta, Daşdalığjar, Tütəpeştə, Qurumba və Şağlaser kənd ümumi orta məktəbləri üçün tikilən yeni binalar müasir inventar və avadanlıqlarla, kompüter texnologiyaları ilə təmin olunub.
Ş.Əhmədova ali məktəblərə növbəti qəbul imtahanlarının nəticələri haqqında məlumat verərək bildirib ki, keçən tədris ilində məktəbləri bitirən 1699 nəfər məzundan 900 nəfəri ali məktəblərə qəbul olunmaq üçün sənədlərini SQK-lara təqdim ediblər. Onlardan 473 nəfəri ali məktəblərə qəbul olunub ki, bu da keçən ilki nəticədən 13 nəfər çoxdur. Qəbul olunanlardan 52 nəfəri 500-dən yuxarı, 33 nəfəri 600-dən yuxarı bal toplayıb. Konfransda Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov və Təhsil Nazirliyinin məsul işçisi Əlhiyyəd Adıgözəlov çıxış edərək yeni dərs ilində qarşıda duran vəzifələrdən danışıblar.




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Naxçıvanda maliyyə və mühasibatlıq işçilərinin iştirakı ilə təkmilləşdirici təlimlər keçirilir
20.09.2018
Naxçıvanda “Avropa günləri” keçiriləcək
20.09.2018
600-dən çox adam sahilyanı ərazini 5 ton tullantıdan təmizlədi
20.09.2018
Azərbaycanda dünyanın ilk kurqan arxeoparkı yaradılacaq
19.09.2018
Gənc ailələr üçün yeni imkan: “Aqrar məhəllə” yaradılır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info