Naxçıvan Şəhər Elektrik Şəbəkəsi kompleks tədbirlər həyata keçirib
Tarix: 04.09.2014 | Saat: 16:14:00 | E-mail | Çapa göndər


Naxçıvan Şəhər Elektrik Şəbəkəsi 2014-2015-ci ilin payız-
qış mövsümünə hazırlıqla əlaqədar kompleks tədbirlər həyata keçirib.
Naxçıvan Şəhər Elektrik Şəbəkəsindən verilən məlumata görə, payız-qış mövsümünə hazırlıqla əlaqədar transformator yarımstansiyalarında əsaslı və cari təmir işləri aparılıb, istismar müddəti başa çatmış elektrik dirəkləri yeniləri ilə əvəz olunub, dirəklərarası məsafələr normaya salınıb, kabellər, eləcə də məftillər yeniləri ilə əvəz edilib, 10/0,4 kilovoltluq elektrik xətləri çəkilib bərkidilib.
Elektrik enerjisi verilişinin tənzimlənməsi və texniki itkinin minimuma endirilməsi məqsədilə Naxçıvan şəhərində müxtəlif gücə malik 2 ədəd yeni transformator yarım¬stansiyası quraşdırılıb, 3 ədəd transformator isə azgüclü transformatorla əvəz edilib.
Naxçıvan şəhərində 10 və 0,4 kilovoltluq elektrik hava xətlərinin yeraltı kabellərlə əvəz edilməsi istiqamətində işlər davam etdirilərək 11 min 334 metr uzunluğunda 10 kilovoltluq, 2 min metr uzunluğunda isə 0,4 kilovoltluq hava xətləri yeraltı kabellərlə əvəz edilib, istismar müddəti başa çatmış 94 ədəd elektrik dirəyi ləğv olunub.
Elektrik enerjisindən səmərəli istifadə edilməsi və sərf olunan elektrik enerjisinin dəyərinin ödənilməsi işi də diqqət mərkəzində saxlanılıb, 171 abonentə yeni elektrik xətti çəkilib, elektrik sayğacları quraşdırılıb, texniki cəhətdən sıradan çıxmış 274 sayğac yenisi ilə əvəzlənib.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Sumqayıtın ən innovativ startap layihələri bəlli oldu
21.09.2018
Ramin Quluzadə Qazaxda vətəndaşlarla görüşüb
21.09.2018
Leysan yağacaq, dolu düşəcək
21.09.2018
Naxçıvanda maliyyə və mühasibatlıq işçilərinin iştirakı ilə təkmilləşdirici təlimlər keçirilir
20.09.2018
Naxçıvanda “Avropa günləri” keçiriləcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10125

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info