Şərurda məktəb binalarında əsaslı təmir və yenidənqurma işləri aparılır
Tarix: 04.09.2014 | Saat: 16:15:00 | E-mail | Çapa göndər


Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda Dizə, Axura və Püsyan kəndlərindəki təhsil ocaqlarının binalarında əsaslı təmir və yenidənqurma işləri aparılır.
Rayonun böyük yaşayış məntəqələrindən biri olan Dizə kəndindəki tam orta məktəb binasında təmir işlərinə bu ilin yazında başlanılıb. Üç mərtəbədən ibarət olan məktəb binasında 12 sinif otağı ilə yanaşı 2 elektron lövhəli sinif, kompyuter otağı da yaradılacaq. Fizika, kimya, biologiya laboratoriyaları, hərbi kabinə, kitabxana, müxtəlif fənn kabinələri müəllim və şagirdlərin ixtiyarına veriləcək. İdman zalında zəruri idman qurğuları quraşdırılacaq.
Rayonun ucqar dağ kəndində – Axurada 198 şagird yerlik 3 mərtəbəli tam orta məktəb binasında əsaslı təmir işləri başa çatmaq üzrədir. 12 sinif otağı olan tikilidə bufet, kitabxana, kompyuter otağı və idman zalı üçün məxsusi yerlər ayrılıb. Fizika, kimya, biologiya laboratoriyaları müasir avadanlıqlarla təchiz olunub. Obyektdə tamamlanma işləri görülür.
Əsaslı təmir və yenidənqurma işləri rayonun ən iri yaşayış məntəqələrindən biri olan Püsyan kəndində də sürətlə aparılır. Zirzəmi ilə birlikdə 4 mərtəbəli, 720 şagird yerlik məktəb binasının təmir-tikinti işləri “Gəmiqaya” Məhdud Məsuliyyətli Cəmiyyətinin inşaatçıları tərəfindən aparılır. Fənn kabinələri, sinif otaqları müasir üslubda təmir edilib, bütün qapı və pəncərələr dəyişdirilib, dəhlizlər genişləndirilib, binaya bir korpus əlavə olunub, istilik sistemi yenilənib.
Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Şərur Rayon İdarəsinin inşaatçıları tərəfindən əsaslı təmiri və yenidənqurma işlərinin aparıldığı Kürkənd tam orta məktəbi 3 mərtəbədən ibarətdir. 216 şagird yerlik binaya yeni korpus da əlavə olunub. Binanın hər 3 mərtəbəsində dəhlizə və pilləkənlərə travertin üzlük daş döşənib, kommunikasiya xətləri çəkilib. Artıq burada tamamlanma işləri aparılır.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.02.2019
Son beş ildə Tərtərdə 80 yeni subartezian quyusu qazılıb
21.02.2019
Dövlətin mühüm sosial layihəsi: hər il 5 milyondan çox insan pulsuz tibbi müayinədən keçir
21.02.2019
“Azərişıq” Xəzər rayonuna 10 komplekt transformator məntəqəsi göndərib
21.02.2019
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu regionlarda təlimlərə başlayıb
21.02.2019
Gömrükdən kişmiş adıyla narkotik vasitə keçirmək istədi

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10611

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
3 ABŞ-da atışma: xəsarət alanlar var
4 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub
5 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info