“Azərbaycanda qaçqın və köçkünlərlə bağlı kifayət qədər ciddi işlər görülüb”
Tarix: 04.09.2014 | Saat: 16:15:00 | E-mail | Çapa göndər


Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) ABŞ Dövlət Departamentinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Məcburi köçkünlərin reinteqrasiyası ilə məşğul olmaq məqsədilə yerli vətəndaş cəmiyyəti təşkilatlarının və icma əsaslı təşkilatların potensialının artırılması” layihəsi çərçivəsində Ağcabədi rayonunda şəhər toplantısı keçirilib. Fondun informasiya departamentindən verilən məlumata görə, toplantıda Ağcabədi rayon İcra Hakimiyyəti başçısının müavini Əbülfət Tapdıqov, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının nümayəndəsi Aleksandr Novikov, BAMF-ın sədri Umud Rəhimoğlu, BAMF-ın departament rəhbəri Ayaz Nizamioğlu iştirak ediblər. Layihə haqqında ümumi məlumat verildikdən sonra layihənin təqdimatı olub.
Təqdimatdan sonra Ağcabədidə məskunlaşan məcburi köçkünlər üzləşdikləri problemləri səsləndiriblər. U. Rəhimoğlu və yerli icra strukturunun nümayəndələri köçkünlərin suallarını cavablandırıblar.
BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının nümayəndəsi Aleksandr Novikov Azərbaycan dövlətinin qaçqın və məcburi köçkünlərlə bağlı gördüyü məqsədyönlü işlərdən danışıb: “Bir faktı qeyd etmək istəyirəm ki, hazırda Azərbaycanda məcburi köçkünlərin üzləşdiyi problemlər xaricdəki məcburi köçkünlərin üzləşdiyi problemlərdən azdır. Bu da onun nəticəsidir ki, Azərbaycanda bu istiqamətdə kifayət qədər ciddi işlər görülüb, əsaslı layihələr icra olunub”.
Tural




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Mərkəzi Klinikanın həkimləri vətəndaşları ödənişsiz müayinə edəcəklər
25.09.2018
Məcburi köçkünlərlə növbəti görüş keçirilib
25.09.2018
Qəbələdə 8 yaşayış məntəqəsinin yolunun yenidən qurulması yekunlaşır
25.09.2018
Nazir müavini: Pensiya təyinatı proseduru elektronlaşdırılacaq
24.09.2018
Səyyar ASAN xidmət davam edir

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info