Elman Mehdiyev Beynəlxalq Sosial Təminat Assosiasiyasının iclasına qatılıb
Tarix: 04.09.2014 | Saat: 17:53:00 | E-mail | Çapa göndər


2014-cü il 2-3 sentyabr tarixlərdə İsveçrə Konfederasiyasının Cenevrə şəhərində Beynəlxalq Sosial Təminat Assosiasiyasının (BSTA) 110-cu Büro iclası keçirilib. İclasda Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyevin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib. İclasda büro üzvləri və Texniki Komissiyalarla bağlı məsələlər, maliyyə hesabatları, BSTA-nın 2014-2016-cı illər üzrə tərəqqi hesabatı müzakirə olunub və Assosiasiyanın vitse-prezidentinin seçkisi aparılıb. Bundan əlavə Büro iclasında Assosiasiyanın Təlimatlarının hazırlanması üzrə Komitəsi və Təkmilləşdirmə Mərkəzi ilə bağlı fəaliyyət istiqamətləri, idarəetmə, xidmətin təşkili, İKT-nin tətbiqi və s. üzrə BSTA standartlarının tətbiqi məsələləri müzakirə edilib. Tədbir çərçivəsində Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun sədrinin də üzvü olduğu BSTA Avropa Şəbəkəsi Rəhbər Komitəsinin iclası keçirilib. Avropa Şəbəkəsi Rəhbər Komitəsinin iclasında Rəhbər Komitənin 2014-2016-cı illər üzrə yenilənmiş fəaliyyət planı, 2014-2015-ci illər ərzində təşkil ediləcək tədbirlərlə, o cümlədən “Sosial müdafiə sahəsində elektron xidmətlər: keyfiyyət və miqyasın genişləndirilməsi” mövzusunda cari ilin 22-23 oktyabr tarixlərində Bakı şəhərində keçiriləcək beynəlxalq tədbirlə bağlı məsələlər müzakirə edilib. DSMF-nin sədri BSTA-nın Prezidenti Erol Struve, baş katibi Hans-Horst Konkolevski, Avropa Şəbəkəsi Rəhbər Komitəsinin sədri, Polşa Sosial Sığorta İnstitutunun rəhbəri Zbigniev Derdziuk, Almaniya Federativ Respublikasının Bədbəxt Hadisələrdən Sosial Sığorta Təşkilatının icraçı direktoru İoakim Bröyer, habelə BSTA-nın üzvü olan bir sıra ölkələrin pensiya və sosial sığorta təşkilatlarının rəhbərləri ilə ikitərəfli görüşlər keçirərək qarşılıqlı və regional əməkdaşlıq perspektivlərini müzakirə edib. Qeyd edək ki, Azərbaycan 2007-ci ildən Assosiasiyanın Avropa Şəbəkəsi Rəhbər Komitəsinin üzvüdür və 2013-cü ildə təkrarən Rəhbər Komitəyə üzv seçilib. 2011-ci ilin iyun ayında Bakı şəhərində BSTA-nın Avrasiya regionu üzrə Əlaqələndirmə Mərkəzi açılıb. Azərbaycan Assosiasiya çərçivəsində yüksək səviyyəli qərarların qəbul edilməsində xüsusi rola malikdir. Ölkəmiz BSTA-nın bır cox beynəlxalq tədbırlərınə ev sahibliyi edib. DSMF-nin əhaliyə elektron xidmətlər göstərilməsi sahəsində təcrübəsi nəzərə alınaraq cari ilin 22-23 oktyabr tarixlərində BSTA-nın “Sosial müdafiə sahəsində elektron xidmətlər: keyfiyyət və miqyasın genişləndirilməsi” mövzusunda beynəlxalq tədbirinin Bakı şəhərində keçirilməsi qərara alınıb.

İlkin




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Sabirabadda məcburi köçkünlərin məskunlaşdığı qəsəbə təbii qazla təmin olunub
19.11.2018
“ABC Tədris və İnkişaf mərkəzi“ və “Ahıllara və Tənhalara Dəstək“-dən təqdirəlayiq addım
19.11.2018
Səyyar “ASAN xidmət” davam edir
16.11.2018
Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib
16.11.2018
Sahil Babayev Şəmkirdə 5 rayonun sakinləri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info