Ədliyyə Nazirliyi Penitensiar xidmətindən KİV-ə müraciət
Tarix: 04.09.2014 | Saat: 19:27:00 | E-mail | Çapa göndər


Ədliyyə Nazirliyi Penitensiar xidmət bir sıra kütləvi informasiya vasitələrində ictimaiyyətdə təşviş yaratmağa yönəlmiş qərəzli məlumatların yer alması ilə bağlı jurnalistlərə müraciət ünvanlayıb.
Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, son vaxtlar bir sıra kütləvi informasiya vasitələrində Ədliyyə Nazirliyi Penitensiar xidmətin istintaq təcridxanaları və cəzaçəkmə müəssisələri barədə təsdiqini tapmamış və yoxlanılmamış məlumatlar dərc olunmaqdadır: "Bu cür əsassız məlumatların rejim qaydalarını pozmağa və qanunda nəzərdə tutulmamış imtiyazlar əldə etməyə can atan məhkumlar, eləcə də onların bəzi yaxınları tərəfindən ictimai fikrin çaşdırılması məqsədilə yayıldığı dəfələrlə bəyan edilib. Subyektiv hisslərdən irəli gələn bu cür məlumatların yoxlanılmadan və aidiyyəti orqanlarla dəqiqləşdirilmədən yayılması ictimaiyyətdə təşviş və həyacan yaratmağa yönəlib".
Müraciətdə qeyd edilir ki, Penitensiar xidmətin tabeliyində olan müəssisələrdə saxlanılan bütün şəxslər AR Cəza İcra Məcəlləsində, "Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında" Qanunda nəzərdə tutulan hüquqlardan tam həcmdə istifadə edirlər: "Belə ki, təqsirləndirilən və azadlıqdan məhrum edilmiş şəxslərin cəzanı insan şəxsiyyətinə hörməti təmin edən şəraitdə çəkmək, ictimai faydalı əməklə, bədən tərbiyəsi və idmanla məşğul olmaq, istirahət etmək, tibbi, hüquqi və psixoloji yardımlar almaq, dini ayinlərin icra edilməsində iştirak etmək, təhsil almaq və peşə hazırlığı keçmək kimi əsas hüquqları cəzanı icra edən orqan tərəfindən tam təmin olunub. Qanunda nəzərdə tutulmuş həmin hüquqların həyata keçirilməsi üçün bütün müəssisələrdə müvafiq şərait yaradılıb.
Ədliyyə Nazirliyinin Penitensiar xidməti bir daha kütləvi informasiya vasitələrinə müraciət edərək bildirir ki, ictimaiyyətdə təşviş yaratmağa yönəlmiş bu cür qərəzli məlumatların yoxlanılmadan və dəqiqləşdirilmədən dərc edilməsi yolverilməzdir, jurnalist etikasına və peşəkarlığa ziddir".
Tural




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
20.09.2018
Arıçılıqla məşğul olan şəxslərə subsidiya veriləcək
19.09.2018
Lənkəranda keçirilən humanitar aksiyada 130 nəfər könüllü qan verib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info