Səfir Elxan Qəhrəman Camal Nasir əs-Süveydrlə görüşüb
Tarix: 04.09.2014 | Saat: 20:29:00 | E-mail | Çapa göndər


Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) səfiri Elxan Qəhrəman BƏƏ Dövlət İnformasiya Agentliyinin (WAM) icraçı direktoru Camal Nasir əs-Süveydrlə görüşüb.
Səfirliyin mətbuat xidmətindən verilən məlumata görə, E. Qəhrəman Azərbaycan - BƏƏ əlaqələrindən bəhs edərkən ölkələrimizi birləşdirən əlaqələrin bütün sahələrdə uğurla inkişaf etdiyini, media sahəsində qarşılıqlı əməkdaşlıq üçün geniş potensialın olduğunu vurğulayıb.
Səfir bu ilin 2-3 oktyabr tarixlərində Azərbaycan paytaxtının IV Bakı Humanitar Forumuna ev sahibliyi edəcəyini C. Əs-Süveydrin diqqətinə çatdıraraq, onun Azərbaycan Dövlət Teleqraf Agentliyinin baş direktoru A. Aslanov tərəfindən həmin tədbirə dəvət olunduğunu bildirib və dəvəti ünvan sahibinə təqdim edib.
Dünyanın nüfuzlu simalarının, o cümlədən nobel mükafatçılarının da qatılacaqları bu forumda Azərbaycan prezidenti İlham Əliyevin açılış nitqi ilə çıxış edəcəyini deyən E.Qəhrəman C. Əs-Süveydrin iştirakını həm “AzərTAc”, həm də digər ölkələrin dövlət agentlikləri ilə informasiya əməkdaşlığı üçün əlverişli fürsət kimi dəyərləndirib və Bakı səfərinin “AzərTAc”la əməkdaşlıq istiqamətlərinin müəyyən edilməsi baxımından son dərəcə faydalı olacağına əminliyini ifadə edib.
C. Əs-Süveydr isə dəvəti yüksək qiymətləndirərək, forumda iştirak etmək niyyətində olduğunu deyib.
Söhbət əsnasında həmçinin səfirliklə WAM agentliyi arasında əməkdaşlıq məsələləri müzakirə edilib.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.04.2019
Ramil Usubov xidmət etmək arzusunda olan gənclərin sıra baxışını keçirib
19.04.2019
17 yaşlı azərbaycanlı Türkiyədə 56 min dollar təqaüd alacaq
19.04.2019
“Qədim mətnlər və klassik mənbələr erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edir“
19.04.2019
Almaniyanın Siegen Universitetinin müəllim və tələbə heyəti “Ulduz” Şokolad Fabrikində
19.04.2019
DGK əsassız ittihamlara söykənən etirazların əks olunduğu video ilə bağlı məlumat yayıb

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10751

1 Erməni yoxsa türk qırğını?
2 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
3 Hemilton “Formula-1“ tarixinin 1000-ci yarışının qalibi olub
4 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
5 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info