Şərqi Ukraynada bitməyən ziddiyyətlər
Tarix: 04.09.2014 | Saat: 20:48:00 | E-mail | Çapa göndər


Ukrayna prezidenti P. Poroşenko ilə Rusiya prezidenti V. Putin arasında telefon danışığından sonra atəşkəs rejimi ilə bağlı ilkin razılaşma əldə olunduğu bildirilir. Putin Ukraynada mövcud vəziyyətin stabilləşməsi üçün yeddi maddədən ibarət plan təklif edib:
1. Donetsk və Luqansk regionlarında hərbi hücumlar dayandırılmalıdır.
2. Ukrayna silahlı qüvvələri bombalamanın qeyri-mümükün olduğu məsafəyə qədər geri çəkilməlidir.
3. Atəşkəs dövründə tam və qərəzsiz bir nəzarət həyata keçirilməlidir.
4. Sivillərə qarşı qırıcılardan istifadə dayandırılmalıdır.
5. Hər hansı ön şərt irəli sürülmədən, əsirlər öz ölkələrinə qaytarılmalıdır.
6. Donetsk və Luqansk regionları boyunca humanitar yardımların çatdırlması və qaçqınların hərəkəti üçün humanitar koridor açılmalıdır.
7. Təmir-bərpa personalı dağılan infrastrukturun bərpasına cəlb edilməlidir.
Üsyançılar tərəfindən yaradılan “Donetsk Xalq Respublikasının” baş naziri Zaxarçenko bildirib ki, biz silahı yerə qoymağa hazırıq, ancaq bir şərtlə ki, ölkənin cənub-şərqində vuruşan hökumət qüvvələri də silahı yerə qoysunlar.
İki liderin telefon danışığından sonra əldə olunan ilkin razılaşma Almaniyadan tam dəstək alıb. Almaniya xarici işlər naziri F.Valter-Steinmeyer Hamburq şəhərində çıxış edərəkən bildirib ki, indi Ukraynada atəşkəs üçün vacib addımlar atmaq çox mühümdür. “Biz Cenevrədəki görüşümüzü təkrar etməklə və yaxud digər beynəlxalq formatlar ilə atəşkəs rejiminin yaradılmasına tam dəstək verməyə hazırıq” – deyə Valter - Steinmeyer bildirib.
Ancaq Putinin sülh planı Ukrayna baş naziri Arseniy Yatsenyuk tərəfindən ciddi tənqid ilə qarşılanıb. Yatsenyuk bildirib ki, Rusiyanın həqiqi planı Ukraynanı dağıtmaq, SSRİ-ni bərpa etməkdir. “Biz təcavüzkarı necə dayandırmaqla bağlı NATO və AB-dən gələcək qərarları gözləyirik. Putinin bu planı NATO sammitindən əvvəl beynəlxalq ictimaiyyətin gözünə kül üfürməkdir. O bununla həm də AB-nin Rusiayaya qarşı yeni sanksiyalar dalğasından qaçmaq istəyir. Ukrayna üçün ən yaxşı sülh planı Rusiya ordusunun ölkəmizdən çıxmasıdır” – deyə Yatsenyuk bəyan edib.
Məşhur siyasi analitik V. Enqdal bildirir ki, Yatesenyukun bu bəyanatı dəlilikdir və atəşkəs rejiminin yaradılmasını əngəlləyir. “Bu bir daha onu göstərir ki, atəşkəs ilə bağlı prezident Poroşenko və baş nazir Yatsenyuk arasında ciddi fikir ayrılığı var. Yatsenyukun ölkədəki neofaşist millətçilər və ABŞ ilə ciddi əlaqələri var və üstəlik NATO-nun Uelsdə keçiriləcək sammitindən Ukraynanın alyansa üzvlüyü ilə bağlı qərar çıxacağını gözləyir və buna görə də atəşkəs planını rədd edir. Poroşenkonun isə Ukraynanın cənub-şərqində böyük biznes maraqları olduğu üçün o, bu sülh planına ilkin razılıq verib” – deyə Enqdal qeyd edib. Çexiya baş naziri Bohuslav Sobotka isə bəyan edib ki, Ukrayna nə NATO, nə də ki AB-yə üzvlüyə qətiyyən hazır deyil.
Digər siyasi analitik Con Lafland bildirir ki, “Hazırda üsyançılar və hökumət qüvvələri arasında atəşkəs mümkün deyil. Çünki dünənə qədər prezident Poroşenko və rəsmi Kiyev Rusiya qoşunlarının Ukrayna sərhədini keçdiyini və ölkənin Rusiya tərəfindən işğal olunduğunu bildirirdi. Litva prezidenti də daxil olmaqla, Avropa siyasətçiləri “Ukrayna ilə müharibə”, “Rusiya ilə müharibə” və “Avropa ilə müharibə” kimi ifadələr işlədirdilər. Onlar hələ də Rusiyanı savaşan, müharibə aparan tərəf kimi göstərirlər. “Birinci Dünya müharibəsindən 100 il keçir. 1915-ci ilin yanvarında Fransa prezidenti Raymon Puankare Almaniya imperatoruna zəng etdiyini və böhranı həll etmək üçün yol tapıldığını deyirdi. İndiki vəziyyət də bunu xatırladır. Bu, bir telefon zəngi ilə olan iş deyil, nə qədər ki Rusiya müharibə aparan tərəf kimi göstəriləcək, sülh olmayacaq” – deyə Lafland qeyd edib.
Mövcud vəziyyət onu göstərir ki, bu sülh planına əsl dəstək verən dövlət Almaniyadır. Yəni, Almaniya – Poroşenko cütlüyü, Yatsenyuk – ABŞ cütlüyü qarşısında durub.
Məlum olduğu kimi ABŞ prezidenti B. Obama Estoniyada səfərə gedib. Baltikyanı ölkələrə Obamanın bu məqamda səyahəti NATO-nun Şərqi Avropada hərbi iştirakını daha aktivləşdirəcəyindən və bu regionda NATO həbiçilərinin sayının artacağından xəbər verir. Bu baxımdan, Uelsdə keçiriləcək sammitdən çıxacaq qərar maraqla gözlənilir. Üstəlik, dünən Fransa hökuməti Rusiyaya göndəriləcək helikopter daşıyıcısı olan iki “Mistral” savaş gəmisinin göndərilməsini təxirə salıb. Prezident F. Olland bildirib ki, Rusiyanın Ukrayna məsələsində mövqeyinə və Avropanın fundamental təhlükəsizlik prinsiplərini pozduğuna görə, “Mistral” savaş gəmilərinin göndərilməsi təxirə salınır. Bütün bunlar Rusiya ilə Qərb arasındakı mövcud gərginliyi açıqca sübut edir.
Beləliklə, P.Poroşenko AB-nin dəstəyi ilə atəşkəs rejimi üzərində ilkin razılığı qəbul etdi. Ancaq bu, Amerikanı qətiyyən qane etmir. Bundan sonra ABŞ-ın atacağı addımlar və Rusiya – Ukrayna – Qərb cəbhəsində nələrin baş verəcəyi böyük ehtimalla NATO-nun Uelsdəki sammitindən sonra aydın olacaq.

Sübhan Padarsoy




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
“İrəvan meriyasına seçkilər yalan və riyakarlığın nümunəsidir”
25.09.2018
Yaxın Şərq böyük müharibə ərəfəsində
25.09.2018
Kvirikaşvili AYİB-in beynəlxalq məsləhətçisi olub
25.09.2018
TASS: Azərbaycan silah bazarında Rusiya Federasiyasının iri tərəfdaşıdır
24.09.2018
Yerevan meri postuna seçkilərdə xeyli qanun pozuntusu və insident qeydə alınıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10144

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info