Bakı 2015 Avropa Oyunlarının uğurları Spiros Kapralos tərəfindən yüksək qiymətləndirilib
Tarix: 04.09.2014 | Saat: 21:42:00 | E-mail | Çapa göndər


Bakı 2015 Avropa Olimpiya Komitələri (AOK) Koordinasiya Komissiyasının gələn il keçiriləcək oyunlara ev sahibliyi edən şəhərə səfərindən sonra yüksək qiymətləndirilib.
Komissiyanın üzvləri yarış obyektlərinə səfər edib və Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin (BAOƏK) bir sıra şöbələrinin təqdimatları ilə tanış olublar.
Əməliyyat Komitəsindən verilən məlumata görə, onlar, həmçinin Bakı 2015-in yeni ofisinin açılış mərasimində iştirak ediblər. Tədbirdə gənclər və idman naziri və BAOƏK-in Baş icraçı direktoru Azad Rəhimov açılış lentini kəsərək yeni ofisi rəsmən açıq elan edib.
Son aylarda BAOƏK komandası tərəfindən əldə olunmuş bir sıra növbəti önəmli yeniliklər AOK Koordinasiya Komissiyasının sədri Spiros Kapralosa xoş təsir bağışlayıb.
O söyləyib: "Bakıda möhtəşəm komanda var və bu səfər bizə ilk Avropa Oyunlarını dünya səviyyəli tədbirə çevirmək üçün çalışan strukturun yeni üzvləri ilə görüşmək imkanı verdi.
Ötən bir il yarım müddətində əhəmiyyətli işlər görülüb və yeniliklər, xüsusilə də idman proqramı üçün göstərilmiş davamlı səylər müsbət təsir bağışlayır.
Avropa Oyunları Avropa idmanı üçün tarix yazacaq və BAOƏK-in Avropanın ilk çoxnövlü qitə idman yarışlarına hazırlığında mükəmməl irəliləyişlərə davam etməsi çox vacibdir. Mən əminəm ki, bu tədbir Avropa idman azarkeşlərinin yaddaşında uzun müddət qalacaq".
Azad Rəhimov əlavə edib: "Biz burada - Bakıda həyəcanın və gözləntinin artdığını hiss edirik. Biz əminik ki, gələn il Oyunlarda hər bir yarış məkanı elit Avropa idmanından zövq alan coşğun azarkeşlərlə dolu olacaq.
Avropa Oyunları yalnız idman yarışlarının yeni erasını deyil, həm də qitədə dostluğu nümayiş etdirir".
Bakı 2015 komandasının yüksək vəzifəli üzvləri Koordinasiya Komissiyasını biletlər, kommersiya sponsorluğu, yayım müqavilələri və idman proqramı məsələlərindəki inkişafla bağlı məlumatlandırıblar.
Bakı 2015-in Əməliyyatlar üzrə Baş direktoru Saymon Kleq söyləyib: "Bakıda bir daha Koordinasiya Komissiyasının görüşünü keçirmək bizə onların son səfərindən sonra əldə olunmuş önəmli uğurlar haqqında məlumat vermək imkanı yaradıb.
Avropa Oyunlarının Açılış Mərasiminə cəmi 281 gün qalıb və mən əminəm ki, Avropa Olimpiya Komitələrinin gözləntilərini doğruldacaq və Avropanı idmanda birləşdirəcək bir tədbiri keçirmək üçün bizim komandamız və imkanımız var".
AOK Koordinasiya Komissiyasının sonuncu görüşü 2015-ci ilin fevral ayında baş tutacaq.
2015-ci ilin 12-28 iyun tarixlərində keçiriləcək Bakı 2015 birinci Avropa Oyunları Avropa qitəsi üçün çoxsaylı idman növləri üzrə baş tutacaq çox maraqlı və innovativ yarışlar olacaq.
Bakı 2015 Avropa Oyunları ümumilikdə 20 idman növü üzrə keçiriləcək: bunlardan 16-sı Olimpiya idman növü, dördü qeyri-olimpiya idman növü olacaq. Avropanın müxtəlif ölkələrindən 6000-dən çox idmançının 17 yarış günü müddətində öz ölkələrini təmsil edəcəyi gözlənilir.
Doqquz idman növü 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunları üçün seçmə yarışlara imkan yaradacaq. Həmin idman növlərinə Oxatma, Yüngül Atletika, Velosiped idmanı, Atıcılıq, Üzgüçülük, Stolüstü tennis, Taekvondo, Triatlon və Voleybol daxildir.
Avropa Oyunlarının keçirilməsi 2012-ci ilin dekabr ayında Avropa Olimpiya Komitələri (AOK) tərəfindən Bakı şəhərinə həvalə olunmuşdur. Bakı Avropa Oyunları Əməliyyat Komitəsi (BAOƏK) AOK ilə əməkdaşlı şəkildə Oyunları təşkil və idarə edəcək.
Tural




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Prezident İlham Əliyev: Bakı-Astara magistral yolunun açılışı tarixi layihədir, Azərbaycanın imkanını göstərir
18.09.2018
Prezident: Bir neçə gün əvvəl əsgərlərimiz düşmənə elə dərs veriblər ki, çətin ki yaxın günlərdə özünə gəlsin
18.09.2018
Bu il Azərbaycana 193 ölkədən 1,9 milyon əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib
18.09.2018
Ağsuda dini ayinlərin qanunazidd icrası faktı aşkarlanıb
18.09.2018
Aeroportda mülki pilotsuz aparatların uçuşlarına Vahid Nəzarət Mərkəzi yaradılır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10118

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info