«Azərbaycanda informasiya təhlükəsizliyi məsələləri media müstəvisində» adlı konfrans keçiriləcək
Tarix: 04.09.2014 | Saat: 22:05:00 | E-mail | Çapa göndər


Sentyabrın 5-də Beynəlxalq Mətbuat Mərkəzində «Azərbaycanda informasiya təhlükəsizliyi məsələləri media müstəvisində» adlı konfrans keçiriləcək. Mətbuat Şurasının təşəbbüsü ilə gerçəkləşdiriləcək toplantıda qəzetlərin, informasiya agentliklərinin baş redaktorlarının, internet xəbər portallarının rəhbərlərinin iştirakı nəzərdə tutulur. Konfransdan məqsəd avqustun 29-da Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin yanında dövlət orqanlarının informasiyanın verilməsinə məsul struktur bölmələrinin və kütləvi informasiya vasitələri rəhbərlərinin iştirakı ilə keçirilmiş müşavirədə səslənən məsələlərlə bağlı fikir mübadiləsi aparmaqdan ibarətdir.Tədbirdə Azərbaycanda informasiya təhlükəsizliyi ilə bağlı bir sıra aktual məqamlara diqqət yetiriləcək, həmçinin ötən ay cəbhə xəttində baş verən proseslərlə əlaqədar media orqanlarında getmiş materialların xüsusiyyətləri barədə fikir mübadiləsi aparılacaq, informasiya təhlükəsizliyinin daha səmərəli şəkildə qorunması istiqamətində KİV-lərin üzərinə düşən vəzifələr nəzərdən keçiriləcək, təkliflər qruplaşdırılacaq.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
20.09.2018
Arıçılıqla məşğul olan şəxslərə subsidiya veriləcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info