“Neftçi“də yeni dönəm
Tarix: 05.09.2014 | Saat: 01:13:00 | E-mail | Çapa göndər


“Neftçi” klubunun baş məşqçisi Böyükağa Hacıyev istefa verib. Komandanın saytına danışan Hacıyev qərarını istirahət etmək istəyi ilə əlaqələndirib:
“Yorulmuşam, istirahətə ehtiyacım var. Ona görə istefa ərizəmi klub prezidentinə təqdim etdim. Komanda rəhbərliyinin təkidinə baxmayaraq, tutduğum vəzifədən istefa verdim. Karyeramın ən böyük uğurlarını “Neftçi”də qazanmışam. Klub prezidenti Sadıq Sadıqova bu müddət ərzində hər zaman mənə dəstək olduğu üçün təşəkkürümü bildirirəm. Komandaya gələcək oyunlarda uğurlar arzu edirəm”. Böyükağa Hacıyevlə yolları ayıran "Neftçi" klubunun yeni baş məşqçisinin adı açıqlanıb. Komandanı Arif Əsədov çalışdıracaq. Xatırladaq ki, Əsədov "Neftçi"ni 2010/11 mövsümündə ölkə çempionu edib. Qeyd edək ki, dünən “Neftçi” klubunda Sadıq Sadıqovun rəhbərliyi ilə klubdaxili iclas keçirilib. İclasda klubun rəhbərliyinə təyinatlarla bağlı qərarlar verilib. “Neftçi”nin saytı yazıb ki, klubun vitse-prezident səlahiyyətlərinin icrası müvəqqəti olaraq “Neftçi”nin icraçı direktoru Mübariz Xudiyevə tapşırılıb. Elnur Şükürov (Elnur Əşrəfoğlu) isə klub prezidentinin müşaviri vəzifəsinə təyin edilib. Bu qərarla indiyədək klubda vitse-prezident olan Tahir Süleymanovun “Neftçi”dəki işinə rəsmən nöqtə qoyulub. “Neftçi"nin yeni baş məşqçisi Arif Əsədov da ilk açıqlamasını verib. Klubun rəsmi saytına danışan təcrübəli mütəxəssis "Neftçi"ni yenidən çempion etməyə çalışacağını deyib: “İlk növbədə klub prezidenti Sadıq Sadıqova təşəkkür edirəm ki, məni yenidən “Neftçi”yə dəvət etdi. Bu komanda həmişə mənim üçün doğma olub. Həm futbolçu, həm də məşqçi kimi “Neftçi”də püxtələşmişəm. Bu komandanın hər zaman yüksək yerlər uğrunda mübarizə apardığını bilirəm. Bu komandada çempionluq sevinci yaşamışam. Çalışacağıq ki, “Neftçi”nin ötən mövsüm çempionatdakı uğursuzluğunu unutduraq”.




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Paracüdoçularımız dünya çempionatını on medalla başa vurublar
18.11.2018
UEFA Millətlər Liqası: İngiltərə növbəti mərhələyə yüksəlib
18.11.2018
Azərbaycan gimnastı Abdulla Əl-Məşayxi: Mübarizə çətin idi
18.11.2018
“Messi ilə Ronaldo Qızıl Top-a layiq deyillər”
18.11.2018
Millətlər Liqası: Türkiyə İsvevçə məğlub oldu

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info