ABŞ-dan Azərbaycan və Ermənistana çağırış
Tarix: 05.09.2014 | Saat: 16:12:00 | E-mail | Çapa göndər


ABŞ-ın dövlət katibi Con Kerri Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyanla NATO sammiti çərçivəsində keçirdiyi görüşdə Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində artan gərginliklə bağlı öz dərin narahatlığını ifadə edib.
ABŞ Dövlət Departamentinin saytında yer alan məlumata görə, Birləşmiş Ştatlar hesab edir ki, döyüşlərin dayandırılması və Ermənistanla Azərbaycan arasında əlaqələrin normallaşması iki ölkənin xalqlarına sülh və əmin-amanlıq gətirəcək, Cənubi Qafqaz regionunda stabilliyi təmin edəcək.
Bütün məsələləri nəzərə alaraq, Kerri tərəfləri atəşkəs rejiminin şərtlərinə hörmət etməyə, Azərbaycan və Ermənistan cəmiyyətinin sülhə hazırlaşdırılması üçün əlavə təbdirlər görməyə cağırıb.
ABŞ dövlət katibi iki ölkəni münaqişənin sülh yolu ilə həlli üçün tərəflərə kömək etməyə hazır olan ATƏT-in Minsk qrupu həmsədrləri ilə aparılan işi davam etdirməyə çağırıb. Kerri, həmçinin prezidentlərin münaqişənin tənzimlənməsinin əsas məsələləri üzrə dialoqu davam etdirmək barədə razılığını alqışlayıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
15.09.2019
Nuru paşa - Azərbaycan xalqının qəlbini fəth edən müzəffər komandan
15.09.2019
İğdırda izdihamlı Azərbaycan-Türkiyə həmrəylik yürüşü keçiriləcək
15.09.2019
Elmar Məmmədyarov Avropaya rəsmi səfərə gedib
15.09.2019
Türkiyə Respublikasının Vitse-prezidenti Azərbaycana rəsmi səfərə gəlib
15.09.2019
Bakının azadlığı uğrunda şəhid olmuş türk əsgərlərinin xatirəsi anılıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10886

1 Tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam imzalandı
2 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
3 Müəllimlərin dərs yükü norması artırıldı
4 Daxili İşlər nazirindən yeni təyinat
5 Prezident təqaüdü alacaq tələbələrin yarısı regionların payına düşür


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info