“Xaricdə Təhsil Alan və Məzun Olmuş Gənclərin Beynəlxalq Forumu” İctimai Birliyinin XII Forumu keçirilir
Tarix: 05.09.2014 | Saat: 17:00:00 | E-mail | Çapa göndər


Bakıda “Xaricdə Təhsil Alan və Məzun Olmuş Gənclərin Beynəlxalq Forumu” İctimai Birliyinin (ASAİF) XII Forumu başlayıb. Forumda giriş sözü ilə çıxış edən Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov dövlət başçısı İlham Əliyevin iştirakçılara təbrik məktubunu oxuyub.
Forumda çıxış edən təhsil naziri Mikayıl Cabbarov bildirib ki, Azərbaycan dövləti sürətli inkişaf dövrünü yaşayır və bu inkişaf təbii ki, gənclər üçün yeni imkanlar açır: “Azərbaycanın iqtisadi potensialı artdıqca bütün sahələrin inkişafına kapital qoyulur və bu, müsbət nəticələr verir. Təbii ki, gənc nəsil bu prosesdən kənarda qalmayıb və yüksək intellektli, vətənpərvər gəncliyin formalaşması üçün çox əhəmiyyətli layihələr həyata keçirilir. Bu baxımdan “Xaricdə təhsil üzrə Dövlət Proqramı” gənclərin təhsil almaları üçün bərabər imkanların təmin edilməsində mühüm rol oynayır və ölkəmizdə insan kapitalının keyfiyyətinin artırılmasına imkan yaradır”. Nazir “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində təhsil sahəsində aparılmış islahatlardan söz açaraq bunun gənclərin daha yaxşı təhsil almaları və hərtərəfli inkişafına şərait yaratdığını vurğulayıb.
Gənclər və idman naziri Azad Rəhimov Azərbaycanın dünyada tanınmasında gənclərin böyük rol oynadığını deyib. O qeyd edib ki, gənc nəslin təhsilinə qoyulan sərmayə gələcəyə yönəlmiş ən səmərəli yatırım sayılır: “Dünya idman arenalarında bayrağımızı ucaldan hər bir gənc həm də ölkəmizin nüfuzunun artmasına öz töhfəsini verir”.

Nigar




 
Bölməyə aid digər xəbərlər
24.01.2019
Özünüməşğulluq proqramı: 5500-dən çox ailə kiçik ailə təsərrüfatı yaradıb
23.01.2019
Uşağın doğulmasına görə birdəfəlik müavinətin təyinatı avtomatlaşdırılacaq
23.01.2019
Gəncləri işə götürən sahibkarlara güzəştlər tətbiq ediləcək
23.01.2019
2019-cu il üçün əlillərlə bağlı proqram təsdiq edilib
23.01.2019
Naxçıvanda ailə təsərrüfatlarının inkişafı ilə bağlı Tədbirlər Planı təsdiqlənib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10566

1 “Mənim güc mənbəyim Bakıdadır”
2 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
3 “Yenisafak.com”: “Star” NEZ “Ən yaxşı maliyyə layihəsi idarəçiliyi” mükafatına layiq görülüb”
4 Əli Abdalov Mehman Hüseynovla barışıb
5 “Bir sıra sərhəd rayonlarında yaşayan ermənilərin sülhə hazırlanması istiqamətində təbliğat işləri aparılır”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info