“Prezidentin təşəbbüsü ilə Azərbaycan dünyada mədəniyyətlərarası dialoq üçün bir mərkəzə çevrilib“
Tarix: 05.09.2014 | Saat: 17:12:00 | E-mail | Çapa göndər


"Azərbaycanın tolerantlıq ənələrini, zəngin mənəvi irsini gələcək nəsillərə çatdırmaq dövlətimizin məqsədlərindən biridir. Biz Azərbaycanda minilliklər boyu formalaşmış tolerantlıq nümunəsini bütün dünyada təbliğ etmək istəyirik və bu istiqamətdə işlər görüləcək". Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) sədrinin müavini Gündüz İsmayılov DQİDK-nın dəstəyi ilə Milli Tolerantlıq Mərkəzi (MTM) layihəsi çərçivəsində ölkə üzrə "Fərqlilikləri birləşdirən dəyər - Azərbaycan: müasir çağırışlar və tolerantlıq" mövzusunda keçirilən silsilə seminar-treninqlərin ilkin mərhələsinin yekun tədbirində bildirib.
Onun sözlərinə görə, artıq Azərbaycanın tolerantlıq modeli Avropada və dünyanın digər bölgələrində nümunəvi model kimi qəbul edilir.
DQİDK-nın sədr müavini qeyd edib ki, tolerantlıq Azərbaycan insanı üçün mənəvi borcdur: "Əgər Avropada, Amerikada, Qərb dünyasında tolerantlıq vətəndaşlar üçün hüquqi vəzifədirsə, bundan fərqli olaraq Azərbaycan cəmiyyətində, Azərbaycan insanı üçün bu, təkcə hüquqi vəzifə deyil, həm də mənəvi borcdur".
G.İsmayılovun fikrincə, Azərbaycan bir çox millətlərin və dini konfessiyaların dinc yanaşı yaşamasının unikal nümunəsidir: "Azərbaycanda tarixən heç vaxt milli və dini zəmində ayrı-seçkilik və qarşıdurma baş verməyib, qarşılıqlı etimada və hörmətə əsaslanan mütərəqqi, milli mədəni və dini münasibətlər mövcud olub. Azərbaycan Prezidenti cənab İlham Əliyev mütəmadi olaraq dini icmaların liderləri ilə görüşür, onların ehtiyac və problemləri ilə maraqlanır. Dövlətin bu sahədə yürütdüyü siyasət nəticəsində çoxmillətli Azərbaycan cəmiyyətində dinlərarası münasibətdə dözümlülük özünü ən yüksək səviyyədə göstərir. Azərbaycan müxtəlif millətlərə və dinlərə məxsus insanların birgə mehriban yaşadığı bir ölkə, Şərqlə Qərb, Qərblə İslam dünyası arasında mühüm körpü olaraq mədəniyyətlər və sivilizasiyalararası dialoqa böyük önəm verir. Təsadüfi deyil ki, son illərdə ölkəmizdə dini tolerantlıq mövzusunda bir sıra beynəlxalq tədbirlər keçirilir. Ölkə başçısının təşəbbüsü ilə Azərbaycan dünyada mədəniyyətlərarası dialoq üçün bir mərkəzə çevrilib"
Tural




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Yol polisi Bakıda yük daşıma fəaliyyəti ilə məşğul olan nəqliyyat vasitələri sahiblərinə müraciət edib
12.11.2018
Dövlət Gömrük Komitəsinin Akademiyasında Konstitusiya Günü qeyd olunub
12.11.2018
Bakıdan Misirin Şarm əl-Şeyx şəhərinə birbaşa çarter reysi açılıb
12.11.2018
Daşkənddə Dövlət Bayrağı Günü qeyd olunub
08.11.2018
Yük maşınlarının Bakıya daxil olması üçün marşrutlar müəyyən edilib

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10457

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info