Bu tədris ili üçün 500-ə yaxın gənc xaricdə təhsil almaq məqsədilə seçilib
Tarix: 05.09.2014 | Saat: 17:44:00 | E-mail | Çapa göndər


“Azərbaycan Gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı artıq 18 ildir ki, həyata keçirilməkdədir. Bu günə qədər proqram çərçivəsində 2902 nəfər xaricdə təhsil almaq hüququ qazanıb”. Bunu təhsil naziri Mikayıl Cabbarov “Xaricdə Təhsil Alan və Məzun Olmuş Gənclərin Beynəlxalq Forumu” İctimai Birliyinin (ASAİF) Bakıda keçirilən XII Forumunda çıxışı zamanı deyib. Nazir bildirib ki, dövlət proqramı çərçivəsində bu tədris ili üçün 500-ə yaxın gənc xaricdə təhsil almaq məqsədilə seçilib. Nazirin sözlərinə görə, seçim prosesi tam yekunlaşmadığı üçün bu rəqəm bir az da arta bilər: “Əvvəlki illərlə müqayisədə seçim daha böyük rəqabət mühitində keçib. Ötən ilin seçim prosesindən sonra aparılan təhlillər, həmçinin tələblərin təklifləri nəzərə alaraq dövlət proqramının təkmilləşdirilməsi istiqamətində müəyyən islahatlar həyata keçirilib. Dövlət Proqramının islahatları bundan sonra da davam edəcək və gənclərin fikirləri, təklifləri bizim üçün önəmlidir. Bu proqram çərçivəsində artıq 714 nəfər məzun olub. Bu məzunların bir çoxu ölkədə müxtəlif dövlət və özəl qurumlarda öz ixtisasları üzrə çalışır, digərləri təhsillərini növbəti illərdə də davam etdirirlər. Ümid edirik ki, tələbələr xarici ölkələrdə əldə etdikləri bilik və bacarıqları ölkənin prioritet sahələrində tətbiq edəcəklər. Xaricdə təhsil alan gənclərin məzun olduqdan sonra vətənə qayıtması vacibdir. Məzunların işlər təmin olunması istiqamətində də artıq müəyyən imkanlar yaradılıb. Hazırda Təhsil Nazirliyində bu prosesin sistemli və daha səmərəli keçirilməsi istiqamətində işlər görülür. Dövlət Proqramının məzunları dövlət qulluğuna müsabiqədən kənar qəbul olunmaq hüququna malikdirlər”.

Nigar




 
Bölməyə aid digər xəbərlər
20.03.2019
Tovuzda şəhid ailələrinə bayram sovqatı paylanıb
19.03.2019
Məcburi köçkün qəsəbələrində Novruz şənlikləri keçirilib
19.03.2019
Qaradağda bayram münasibəti ilə aztəminatlı ailələrə yardım edilib
18.03.2019
Müharibə əlilləri və onlara bərabər tutulanlar üçün bu il əlavə 400-dən çox avtomobil alınıb veriləcək
18.03.2019
Övladlığagötürmə ilə bağlı yeni Qaydaların layihəsi hazırlanır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10702

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
3 Yuliya Naçalova vəfat edib
4 “Bahar“ Qadınlar İnkişaf Qrupuna müasir tikiş maşınları verilib
5 Fransız heykəltəraş Mauro Kordanın sərgisi


22.03 09:12 AFR bundestaqının büdcə komitəsi martın 20-də sabiq prezidentlərə və kanslerlərə xidmət göstərən heyətin ixtisar edilməsi, habelə sabiq prezidentlərin və kanslerlərin əlavə gəlirlərinin olması müəyyən edilsə, onların pensiyalarının məbləğinin azaldılması barədə qərar qəbul edib. AZƏRTAC xəbər verir ki, istefada olan dövlət başçısının sərəncamında yalnız bir sürücü, bir dəftərxana işçisi, iki yardımçı referent və bir katib qalacaq. Səfərləri zamanı sabiq dövlət başçısının komandasının deyil, yalnız özünün pulu büdcədən ödəniləcək. Pensiyalara əlavələr olanda “sabiqlərin“ əlavə gəlirləri nəzərə alınacaq. Bundestaqda gizlətmirlər ki, deputatları bu addımı atmağa ölkənin sabiq kansleri Gerhard Şröderin “Qazprom“la münasibətləri sövq edib.
© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info