Bakıda 700-dən artıq iştirakçının qatılacağı forum keçiriləcək
Tarix: 05.09.2014 | Saat: 17:50:00 | E-mail | Çapa göndər




Bakıda ilk dəfə 160 ölkədən 700-dən artıq iştirakçının qatılacağı Gənclər siyasəti üzrə I Qlobal Forum gerçəkləşəcək.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi çərçivəsində gerçəkləşən tədbirdə dünyanın 160 ölkəsindən parlament rəsmilərinin, gənclər siyasətinə məsul şəxslərin, gənclər təşkilatları rəhbərlərinin və s. rəsmilərin iştirakı gözlənilir. 60-a yaxın ölkənin nazir və nazir müavinləri tədbirdə iştiraklarını təsdiq ediblər.
Layihənin əsas məqsədi gənclər siyasəti üzrə yeni istiqamətlərin işlənilməsi, 2015-ci il üçün yeni addımların atılması, gənclər siyasəti üzrə müxtəlif ölkələrin təcrübə mübadiləsinin aparılması və bu istiqamətdə əhəmiyyət kəsb edən digər mövzulardır.
Forumun 5 əsas tərəfdaşı - Avropa Şurası, UNESCO, BMT-nin İnkişaf Proqramı, BMT-nin Gənclər siyasəti üzrə elçisi və Azərbaycan hökumətidir.
Foruma dünyanın müxtəlif ölkələrindən çox böyük maraq var. Son məlumatlara əsasən, forumda iştirak üçün 4705-dən artıq müraciət daxil olub. Facebook şəbəkəsində 10 000, Twitter-də isə Forumun 1000-dən artıq bəyənib izləyəni var.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
“Cümhuriyyət 100 il” adlı rəsm müsabiqəsinə yekun vurulub
20.11.2018
İnzibati məsuliyyətə cəlb edilən piyadaların sayı 100 mini ötüb
20.11.2018
AMEA-da Cümhuriyyət tarixinə dair dəyərli elmi-tədqiqat işləri aparılır
20.11.2018
Qloballaşma şəraitində milli dəyərlərimizin konfiqurasiyasının dəyişdirilmə təhlükəsi
20.11.2018
Aysel Fərziyeva yeni vəzifəyə gətirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
3 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info