Gürcüstanda oxuyan tələbəmiz ali təhsilini Ukraynada davam etdirəcək
Tarix: 05.09.2014 | Saat: 18:26:00 | E-mail | Çapa göndər


Xaricdə təhsil alan gənclərimizlə bağlı məlumatları, müsahibələri oxucularımıza mütəmadi olaraq təqdim edirik. Onların gənc yaşlarında keçdiyi bu uğurlu yolun sirlərini işıqlandırmaqla yanaşı, bu aktiv, savadlı gənclərimizlə bağlı baş verən istənilən yeniliyi də ictimaiyyətə çatdırmağa çalışırıq. Çünki bu gənclər Azərbaycanın fəxrləridirlər və gələcəkdə bizim üçün böyük perspektivlər vəd edən potensial kadrlardılar. Belə gənclərdən biri də Sabirabad rayonundan olan Orxan Həsənlidir. Xatırladaq ki, bir müddət öncə Orxan Həsənli barədə müsahibə dərc etmişdik. Orxan Həsənli Gürcüstanda ali təhsilini davam etdirməklə yanaşı burada aktiv şəkildə ictimai və diaspor işlərinə də qoşulub. Hazırda isə bu gəncimizlə bağlı yeni məlumat əldə etmişik. Orxan Həsənli Gürcüstanda ali təhsillə kifayətlənməyərək daha da irəli getməyi qərara alıb. O, Ukraynada ali təhsil ocaqlarından birinə qəbul olub. Orxan Həsənli ilə söhbətləşərək təəssüratlarını öyrəndik:
“Əlbəttə bütün bunlar məndə xoş təəssüratlar oyadır. Bunu böyük uğur saymaq olmaz. Amma belə bir yenilik və seçim mənim üçün yeni imkanlar açacaq. Belə bir deyim var- “Elm Çində belə olsa ardınca get”. Ona görə də düşünürəm ki, biz Azərbaycan gəncləri hər zaman elm axtarışında, təhsili fərqli ölkələrdə davam etdirmək üçün müəyyən cəhdlər etməliyik. Mənim də əlimə Ukraynada təhsil almaq şansı düşdü və bundan səmərəli istifadə etməyə çalışacam. Bilirsiniz ki, mən qonşu Gürcüstanda ali təhsil alırdım. Orada da ali təhsil müəyyən perspektivlər vəd edir. Amma düşünürəm ki, Ukraynada da universitetlər yüksək səviyyəli tədrisi ilə seçilirlər. Əlbəttə ki, bu seçimi etməzdən öncə valideynlərimdən məsləhət və razılıqlar aldım. Həyatda mənim üçün ən önəmli şey valideyn xeyir-duasıdır. Düşünürəm ki, belə bir yolda təkcə bilik, savad və bacarıq, eləcə də maddi imkanlar deyil, səni böyüdən şəxslərin xeyir-duası da önəmlidir. İnsan valideynlərinin xeyir-duasını aldıqdan sonra keçilməz sərhəd qalmır. Ukraynaya ayaq basacağım ilk gündən digər tələbələr kimi bəzi problemlərlə qarşılaşacağımı çox gözəl bilirəm. Bunlara misal kimi tanımadığım ölkənin bəzi adətləri yaşayacağım şəhərdəki bəzi məkanlarla bağlı anlayışlı olmamağım, fərqli insanlar, fərqli mədəniyyət, fərqli mətbəx, fərqli təhsil ocağını göstərmək olar. Amma həyatda insan belə xırda çətinlikləri nəzərə almalıdır ki, gələcəyini təmiz və gəlirli qura bilsin. Həm də ki, mən artıq belə bir təcrübəyə malikəm. Dediyim kimi ilk xarici təhsilimi artıq Gürcüstanda aldım. Ukraynaya ayaq basdığım saatdan bir çox gənclərimiz kimi mənim də bir məqsədim olacaq- Azərbaycanı tanıtmaq, onun inkişafını hər kəsə göstərmək və hətta yeri gələndə lobbiçilik fəaliyyətinə kiçik də olsa belə töhfə vermək. Qısası, düşünürəm hər şey yaxşı olacaq və sizlərə də təşəkkür edirəm ki, daim xaricdə təhsil alan gəncləri belə diqqətdə saxlayırsınız, onların hər uğurun hər təqdirəlayiq fəaliyyətini mətbuata daşıyıb ictimaiyyəti məlumatlandırırsınız. Əlbəttə ki, belə məlumatları oxuyan bir çox məzunlar üçün biz stimul da oluruq”.
Orxan onu da vurğuladı ki, belə yenim seçimlər etməyi digər xaricdə ali təhsillərini davam etdirən həmyaşıdlarına da məsləhət görür. Məsələn, Amerikanın bir universitetində oxuyan və ya bitirmiş bir gəncimiz ona yaxın olan Latın Amerikası ölkələrindən birində yenidən ali təhsilini davam etdirə bilər. Bu böyük təcrübə və yeni imkanlar deməkdi.
Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
İlkin Əsgər: ““İndiki əsərlərin bir qismindən zövq almaq olmur”
20.11.2018
“Azərbaycanda Ədliyyə Nazirliyi vətəndaş cəmiyyəti ilə əməkdaşlıq edən ilk dövlət orqanı kimi tarixə düşüb”
19.11.2018
“BANM-ın tələbələri məzun olan kimi ən yaxşı şirkətlərə işə qəbul ola bilir”
16.11.2018
“Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
15.11.2018
Nağdəli Zamanov: “Aşıq Şəmşir Miskin Abdalın layiqli davamçılarından biridir”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info