“Çalışacağıq ki, jurnalistlər üzərlərinə düşən missiyanı lazımınca yerinə yetirə bilsinlər“
Tarix: 05.09.2014 | Saat: 18:27:00 | E-mail | Çapa göndər


"Hazırda Mətbuat Şurası Müdafiə Nazirliyi ilə birgə müzakirələr aparır. Hərbi sahədə, müharibə mövzusunda yazan jurnalistlər üçün treninqlər təşkil ediləcək. Nazirlik tərəfindən həmin jurnalsitlərin cəhbə və sərhəd bölgələrinə göndərilməsi planlaşdırılır. Biz çalışacağıq ki, Azərbaycan jurnalistləri üzərlərinə düşən missiyanı lazımınca yerinə yetirə bilsinlər". Bunu Mətbuat Şurasının sədri Əflatun Amaşov Beynəlxalq Mətbuat Mərkəzində keçirilən "Azərbaycanda informasiya təhlükəsizliyi məsələləri media müstəvisində" adlı konfransda bildirib.
Azərbaycan Mətbuat Şurasının təşəbbüsü ilə gerçəkləşən və qəzetlərin, informasiya agentliklərinin baş redaktorlarının, xəbər portallarının rəhbərlərinin, ekspertlərin iştirak etdiyi tədbirdə çıxış edən Əflatun Amaşov qeyd edib ki, konfransın keçirilməsində məqsəd avqustun 29-da Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin yanında dövlət orqanlarının informasiyanın verilməsinə məsul struktur bölmələrinin və kütləvi informasiya vasitələri rəhbərlərinin iştirakı ilə keçirilmiş müşavirədə səslənən məsələlərlə bağlı fikir mübadiləsi aparmaq, konkret təkliflər irəli sürmək və onları sistemləşdirməkdən ibarətdir.
Mətbuat Şurası sədrinin sözlərinə görə, dünya praktikasında hər bir ölkənin KİV-i daxili prosesləri ayrılıqda normal işıqlandırır, lakin ümumi dövlət maraqlarına gəldikdə hamı birlikdə fəaliyyət göstərir. Avqust ayında cəbhə bölgəsində baş verən olaylar zamanı Azərbaycan mediasının fəaliyyətində isə kifayət qədər anlaşılmazlıqlar yarandı: "Bəzən Azərbaycan Ordusunun bir neçə kəndi azad etdiyi bildilirdi. Bu xəbərləri Müdafiə Nazirliyinin mətbuat xidməti ilə razılaşdırmamış vermək nə dərəcədə düzgündür?"
Ə.Amaşov dövlət sirri və hərbi sirrə aid olan məqamları açıqlayaraq onları yayan şəxslərə qarşı qanunvericilik çərçivəsində mübarizə aparılmasının vacibliyini vurğulayıb.
O, həmin ərəfədə dezinformasiya yaymış bir neçə internet informasiya portalının konkret adlarını açıqlayıb, eləcə də bəzi hallarda Azərbaycan mediasında erməni mənbələrinə istinadən xəbərlərin yer almasına da təəssüfləndiyini deyib.
Tədbirdə Azərbaycanda informasiya təhlükəsizliyi ilə bağlı bir sıra aktual məqamlara diqqət yetirilib, həmçinin ötən ay cəbhə xəttində baş verən proseslərlə əlaqədar media orqanlarında getmiş materialların xüsusiyyətləri barədə fikir mübadiləsi aparılıb, informasiya təhlükəsizliyinin daha səmərəli şəkildə qorunması istiqamətində KİV-in üzərinə düşən vəzifələr nəzərdən keçirilib, təkliflər irəli sürülüb, verilən təkliflər qruplaşdırılıb.
Əflatun Amaşov bildirib ki, həmin təkliflər sistemləşdirilib müvafiq dövlət orqanlarına təqdim olunacaq.
Tural




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Biləsuvar şəhərində 1176 şagird yerlik yeni ümumtəhsil məktəbi tikiləcək
18.09.2018
Məcburi köçkünlərin növbəti qəbulu keçirilib
18.09.2018
Rektor: “İnstitutumuzda dövlətin qayğı və təminatı ilə hər cür şərait yaradılıb”
18.09.2018
Ucqar dağ kəndlərindəki uşaqlara məktəb ləvazimatları verilib
18.09.2018
Bu il Azərbaycana payız sentyabrın 23-də qədəm qoyacaq

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Əfsanəvi İndoneziya batikaları
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info