Binəqədi rayonunda abadlıq-quruculuq işləri davam etdirilir
Tarix: 05.09.2014 | Saat: 19:06:00 | E-mail | Çapa göndər


Ötən ay Binəqədi rayonunda bir sıra abadlıq-quruculuq işləri aparılıb. Belə ki, Binəqədi rayonu ərazisində 439 ünvanda su şəbəkəsində qəzaların qarşısı alınıb, 146 p/m su xətti dəyişdirilib, 790 ünvanda yağış suyu və kanalizasiya şəbəkəsində qəzaların qarşısı alınıb, 154 p/m kanalizasiya xətti dəyişdirilib, 11692 p/m kanalizasiya xətti təmizlənib. Bu haqda Binəqədi Rayon İcra Hakimiyyətindən məlumat verilib.
Bundan başqa Binəqədi QİS ərazisində ümumilikdə 1647,3 p/m qaz xətti çəkilib, 428 ədəd smartkart tipli sayğac quraşdırılıb. Eləcə də 6, 7 və 8-ci mikrorayonlarda, Z.Bünyadov prospekti, Azadlıq prospekti, A.Gəraybəyli, C.Hacıbəyli, Z.Qəmbərov və M.Cəlal küçələrində binaların istilik xəttində 218 metr boru və 92 ədəd siyirtmə dəyişdirilib. 3 saylı istilik qazanxanasında təmir-bərpa və profilaktiki tədbirlər görülüb, 221, 231, 337, 338 və 340 saylı qazanxanalarda cari təmir bərpa işləri aparılıb.
Görülən işlərdən bir neçə yerdə transformatorun quraşdırılmasını da qeyd etmək olar, bəzi yerlərdə isə transformatorlar dəyişdirilib və ya təmir işləri aparılıb, KTM-246-da isə köhnə xətlər yeni SİP kabeli əvəz edilib. 8-ci mikrorayon 71 saylı binada 1 ədəd 400 A ayrıc quraşdırılıb, 26 saylı binada 40 metr kabel dəyişdirilib, Rəsulzadə qəsəbəsi İ.Hacıyev küçəsində 1 ədəd 630 kv-luq KTM quraşdırılıb.
6, 7, 8 və 9-cu mikrorayonlarda, Biləcəri, Binəqədi və Sulutəpə qəsəbələrində 253 ədəd yararsız lampa, 470 metr yanmış kabel və 61 ədəd drossel dəyişdirilib.
Rayon ərazisində 18 binanın fasadında əsaslı təmir işləri davam etdirilir, 11 yaşayış binasının girişində təmir işləri aparılır.
8 binada 9576 kv.m yumşaq dam örtüyünün çardaqlı dam örtüyü ilə əvəz edilməsi işləri davam etdirilir, 10 binada 12328 kv.m yumşaq dam örtüyü təmir edilir.
8-ci mikrorayonda 4 binanın su xəttləri yenidən çəkilir və sayğaclaşdırılır.
8 binanın həyətində abadlıq işləri aparılır, 31 ədəd yeni işıq dirəyi quraşdırılıb.
Azadlıq prospektində çiçəklərə qulluq edilib və 2900 ədəd gül əkilib.
Rayonun 28 May qəsəbəsi, o cümlədən Bakı-Şamaxı yolunun qəsəbədən keçən hissəsi əsaslı şəkildə yenidən qurulub, abadlıq-quruculuq işləri aparılıb. Qəsəbənin İzlivnoy küçəsində kanalizasiya xətlərinin yenidən qurulması istiqamətində işlər sürətlə davam etdirilir.
Həmçinin “Bakı 2015” İlk Avropa Oyunlarının keçirilməsi ərəfəsində Binəqədi rayonunda start götürmüş “Təmiz Binəqədi” sosial layihəsi ilə əlaqədar görülən işlər çərçivəsində bir çox ərazilərdə məişət tullantıları üçün yeni konteynerlər yerləşdirilib, bir çox ünvanlarda iməciliklər və təmizlik aksiyaları keçirilib.

Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
17.01.2019
Dövlət Sosial Müdafiə Fondu tərəfindən ötən il 6148 sanator-kurort göndərişi verilib
17.01.2019
Bu il daha 6400-dən çox şəhid hərbi qulluqçunun vərəsələri birdəfəlik ödəmə ilə təmin ediləcək
16.01.2019
“Bizim həyət” layihəsi paytaxtın Sabunçu rayonunda icra olunur
16.01.2019
Yanvar ayı üzrə pensiyaların maliyyələşdirilməsinə başlandı
16.01.2019
Nazirlik işəgötürən şirkətlərə xəbərdarlıq etdi

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Dərslər təxirə salındı
4 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info