Vladimir Doroxin: “Gələn il üçün bizim nəhəng planlarımız var”
Tarix: 05.09.2014 | Saat: 19:47:00 | E-mail | Çapa göndər


"Bank VTB" (Azərbaycan) ASC Azərbaycanın iqtisadi həyatının nümunəvi iştirakçısıdır. Bu barədə Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin Bakıda bankın yeni filialının açılışında bildirib.
Onun sözlərinə görə, bu, Rusiya biznesinin Azərbaycanda genişlənməsi və möhkəmlənməsinin göstəricisidir: "Bu gün çox yaxşı hadisə baş verir və RF səfiri kimi mənim burada iştirakım çox xoşdur. "Bank VTB" Azərbaycan bazarında artıq beş ildir fəaliyyət göstərir və səhmdarlar və müştərilər qarşısında öz öhdəliklərini yerinə yetirərək çox yaxşı çalışır".
Səfirin sözlərinə görə, Azərbaycan və VTB-ni bir-biri ilə xüsusi əlaqələr bağlayır: "Bu yaxınlarda Azərbaycan "Bank VTB"-nin səhmlərinin bir hissəsini alıb. Ona görə də bu bankın Rusiya və Azərbaycan arasında əməkdaşlıq potensialının reallaşmasında böyük rolu var və o, bu rolun öhdəsindən çox yaxşı gəlir".
"Bank VTB"-nin (Azərbaycan) İdarə Heyətinin sədri Yuri Yakovlevin qeyd etdiyi kimi, bank ölkədə filial şəbəkəsinin inkişafını davam etdirir: "Gələn il üçün bizim nəhəng planlarımız var. Biz Gəncədə və Sumqayıtda filiallar açmağı planlaşdırırıq".
Bu gün "Bank VTB" (Azərbaycan) Baş ofis yanında Müştəri Xidmətləri İdarəsi və 9 filial da (bu gün açılan da nəzərə alınmaqla) daxil olmaqla, 9 satış nöqtəsi ilə təmsil olunur. 2016-cı ilin sonuna bankın filiallarının sayı 20-dək artırılacaq.
Bank VTB (Azərbaycan) ASC Bank VTB ASC-nin törəmə bankıdır. Bank VTB (Azərbaycan) ASC-nin səhmdarları Bank VTB ASC və "AtaHolding" ASC-dir. Bank VTB (Azərbaycan) ASC korporativ biznes, kiçik biznes və fərdi müştərilərə xidmətlər göstərir. Bu gün Bank 7 filial və Baş ofisdə yerləşən Müştəri xidmətləri idarəsi ilə təmsil olunub.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Azərbaycanın tranzit imkanları İsveçrədə təqdim olunub
18.09.2018
Bu il Dövlət İnvestisiya Proqramında azı 600 kəndin yolunun təmiri nəzərdə tutulub
18.09.2018
Prezident: Əsas ərzaq məhsulları ilə özümüzü təminetmə səviyyəsinə çox yaxınlaşmışıq
18.09.2018
“Kaşaqan” neftinin gələcəkdə Bakı-Tbilisi-Ceyhan kəməri ilə nəqli planlaşdırılır”
18.09.2018
Masallıda 3230 hektar əkin sahəsinin suvarma suyu ilə təminatı yaxşılaşdırılacaq

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10118

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info