Qarabağa dair məqalə Kolumbiya mətbuatında
Tarix: 05.09.2014 | Saat: 19:52:00 | E-mail | Çapa göndər


Kolumbiyanın “SUR 1810” qəzetində Yusif Babanlının “Füzuli, Cəbrayıl və Qubadlı – müharibənin acı tarixi” sərlövhəli məqaləsini dərc edilib (http://sur1810.com/nota/11806/fizuli_jabrayil_y_qubadli_la_desgraciada_historia_de_la_guerra/).
Məqalədə Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Dağlıq Qarabağ regionunun işğalından və dinc azərbaycanlı əhaliyə divan tutulmasından bəhs edilir. Müəllif BMT Təhlükəsizlik Şurasının 822, 853, 874, 884 nömrəli dörd qətnaməsi, Ermənistanın bu qətnamələrə etinasızlıq göstərməsi və Azərbaycanın rayonlarını işğal altında saxlamaqda davam etməsi barəsində oxuculara məlumat verir.
Məqalədə deyilir ki, 1993-cü il avqustun 23-də və 31-də işğal olunmuş Füzuli, Cəbrayıl və Qubadlı rayonlarının ümumi ərazisi 3.238 kvadrat kilometrdir. Məqalədə müharibənin aparılması qaydalarının Ermənistan silahlı qüvvələri tərəfindən pozulması və işğal olunmuş ərazilərdə azərbaycanlı əhalinin etnik təmizlənməsi barəsində də məlumat verilir.
Kolumbiyanın paytaxtı Boqotoda nəşr olunan “SUR 1810” qəzetinin auditoriyası Argentina, Boliviya, Braziliya, Çili, Ekvador, Qayana, Paraqvay, Surinam, Uruqvay və Venesuelanı əhatə edir.
Tural




 
Bölməyə aid digər xəbərlər
27.06.2019
Bu il Şəmkirdə Uşaq Bərpa Mərkəzinin tikintisinə başlanılacaq
25.06.2019
Azərbaycanın hesabatı BMT-yə təqdim olunacaq
25.06.2019
Azərbaycanda bu şəxslərə verilən pul təminatı artırılır
24.06.2019
Xarici diplomatlar DOST mərkəzi ilə tanış olublar
24.06.2019
Azərbaycanda ilk dəfə olaraq minimum əmək haqqı yaşayış minimumunu üstələyir

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10817

1 Yeni naziri kollektivə Ramiz Mehdiyev təqdim etdi
2 Heydər Əliyev və bələdiyyələr
3 Tarix müəllimi Könül Əliyeva: “Əməkhaqqının artırılması bizim əməyimizə verilən böyük qiymət və dəyərdir”
4 Əli Nağıyev DTX rəisi təyin edildi
5 Vilayət Eyvazov daxili işlər naziri təyin edilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info