70-ə yaxın sahibkara 1 milyon manatdan çox güzəştli kredit verilib
Tarix: 05.09.2014 | Saat: 20:12:00 | E-mail | Çapa göndər


İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Şamaxı rayonunun Sabir qəsəbəsində sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum keçirib. Nazirlikdən verilən məlumata görə, tədbirin keçirilməsində əsas məqsəd sahibkarlara güzəştli kreditlərin alınması mexanizmi barədə ətraflı məlumatların verilməsi, Şamaxı rayonunda həyata keçirilməsi məqsədəuyğun hesab olunan nümunəvi layihələrin təqdim olunması, sahibkar-müvəkkil kredit təşkilatı münasibətlərinin möhkəmləndirilməsi, sahibkarların investisiya layihələrinin maliyyələşdirilməsidir.
80-ə yaxın sahibkarın iştirak etdiyi forum çərçivəsində Şamaxının iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan ixtisaslaşdırılmış "yaşıl market"in və fermer mağazalarının, 50 başlıq südlük istiqamətli ailə fermer təsərrüfatlarının, pendir istehsalı müəssisəsinin, üzümçülük və arıçılıq təsərrüfatlarının (balın sənaye üsulu ilə emalı müəssisəsinin) yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin güzəştli kreditlər hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanıb.
Tədbirdə bildirilib ki, 2014-cü ilin ötən dövrü ərzində 3658 sahibkara 187,8 milyon manat güzəştli kredit verilib ki, bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 8000-dən çox yeni iş yerinin yaradılmasına imkan verir. Qeyd edək ki, indiyədək Dağlıq-Şirvan iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 1340 investisiya layihəsinin maliyyələşdirilməsinə 48,5 milyon manat güzəştli kredit verilib, digər sahələrlə yanaşı, ixtisaslaşdırılmış "yaşıl market"in, müasir texnologiyaların tətbiqinə əsaslanan kənd təsərrüfatı üzrə logistik mərkəzlərin, heyvandarlıq komplekslərinin, quşçuluq fabrikinin, çörək zavodunun, meyvə, ət və süd emalı müəssisələrinin, üzümçülük təsərrüfatlarının və s. sahələr üzrə investisiya layihələri maliyyələşdirilmiş, 5 mindən çox yeni iş yeri yaradılıb.
İşgüzar forum çərçivəsində Şamaxı və ətraf rayonlardan olan 70-ə yaxın sahibkara 1 milyon manatdan çox güzəştli kredit verilib. Bu kreditlərin reallaşdırılması hesabına 130-a yaxın yeni iş yerinin açılması mümkün olacaq.
Tədbirdə sahibkarlarla müvəkkil kredit təşkilatlarının nümayəndələri arasında investisiya layihələri barədə işgüzar müzakirələr aparılıb.
Forum çərçivəsində İsmayıllı rayonunun Keyvəndi kəndində 1000 başlıq müasir heyvandarlıq kompleksində aparılan tikinti-quraşdırma işlərinə, Şamaxı rayonunun Carhan kəndində intensiv üzümçülük və Göylər kəndində arıçılıq təsərrüfatına baxış keçirilib.
Tural




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
İpək məhsullarının ixrac potensialı
13.11.2018
Mətbuat milli maraqları müdafiə edir
13.11.2018
Ölkə üzrə pambıq tədarükü 210 min tona yaxınlaşıb
13.11.2018
AYİB-in maliyyə dəstəyi ilə Azərbaycanın özəl sektorunda 157 layihə reallaşdırılıb
13.11.2018
Heydər Əliyev Beynəlxalq Aeroportu 3,8 milyon sərnişinə xidmət göstərib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10461

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info