”Obama Baltikyanı ölkələrə fərq qoymamalıdır”
Tarix: 06.09.2014 | Saat: 01:12:00 | E-mail | Çapa göndər


Latviyanın gündəlik "Neatkarigas Rita Avize" qəzeti Obamanın Baltikyanı ölkəsi olan Estoniyaya səfəri ilə bağlı məqalə dərc edib. Məqalədə bildirilir ki, Amerika prezidenti Barak Obamanın Tallinə səfəri Rusiya prezidenti Vladimir Putinə açıq göstərdi ki, Baltikyanı ölkələri əldə etmək o qədər də asan olmayacaq. Obama Tallindəki çıxışı zamanı bəyan etdi ki, NATO bundan sonra bu regionda həmrəylik təsdiqini əməlləri ilə davam etdirəcək.
Belə ki, Amerika Birləşmiş Ştatlarının hava qüvvələri Baltikyanı və Polşaya eniş varlığını gücləndirəcək. Rəsmi görüşləri zamanı ABŞ prezidenti məlumat verib ki, Baltik regionunun müdafiə planları hazırlanır və Vaşinqton bununla Rusiyaya birmənalı olaraq siqnal vermək istəyir. «Biz, regionda Amerika Birləşmiş Ştatlarının daha geniş iştirakını təmin edən yeni bir təşəbbüs haqqında danışırıq»-deyən prezident daha sonra əlavə edib ki, Estoniya rotasiya yolu ilə əlavə hava qüvvələrinin bölmələrini qəbul edə biləcək. Obamanın sözlərinə görə, NATO-nun cavab qüvvələri üçün ən münasib yer Estonian Amari aerodromu ola bilər. Çıxışında, Estoniyanın kollektiv və xüsusi təhlükəsizlik qayğılarını yüksək qiymətləndirən ABŞ prezidenti, bu təşəbbüsün digər alyans üzvü olan ölkələr üçün nümunə olmasını önə çəkib.
Xarakterik cəhət ondan ibarətdir ki, Obama bu sözləri ilə NATO üzvlərinə aydın mesaj göndərib- müqaviləyə əsasən, nəzərdə tutulan ÜDM-in 2%-ni alyansın müdafiə büdcəsinə ayırmaq lazımdır. Xatırladaq ki, Amerika Birləşmiş Ştatları ilə yanaşı, Estoniya belə bir şərti yerinə yetirən dörd dövlətdən biridir. Qonşu Latviya dövləti isə 2020-ci ilədək tədricən bu missiyaya nail olmağı öz üzərinə götürüb. Xatırladaq ki, bu arada Latviyanın sabiq müdafiə naziri Atis Slakteris Obamanın Baltikyanı ölkələrindən ardıcıl olaraq niyə məhz Estoniyanı ikincə dəfə ziyarət etməsinə qısqanclıqla münasibət bildirib: «Düşünürəm ki, Obama Baltikyanı ölkələrə fərq qoymamalıdır. Bura təhlükə altında olan bir ərazidir».
Öz növbəsində, hazırda Uelsdə NATO-nun sammitində iştirak edən Latviyanın hazırkı müdafiə naziri Raimonds Veyonis Ukraynadakı böhran kontekstində regionda müttəfiqlərin daimi iştirakını təmin etmək üçün həllər axtarmağın lazım olduğunu vurğulayıb.
«Uels sammiti kollektiv təhlükəsizliyin möhkəmləndirilməsi haqqında aydın siqnal verəcək. Biz Baltikyanı regionunda qoşunların iştirakını, infrastruktur və komanda strukturlarını təmin etmək üçün xüsusi tədbirlər həyata keçirəcəyik». Bunları isə ABŞ prezidenti Obama ilə görüşdən sonra bildirən Latviya prezidenti Andris Berzinşin daha sonra əlavə edib: «Başa düşülməlidir ki, NATO-nun hava qüvvələrinin Estoniya ərazisində yerləşdirilməsi regionda alyansın varlığını gücləndirməyə hesablanmış ilk addım ola bilər».
Ağasəf BABAYEV




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
“Jamanak“: «KTMT İrəvanın bu təşkilatdan ümid gözləməməsini bəyan edir»
20.09.2018
Moldovada Dnestryanı bölgə ilə bağlı referendum keçiriləcək
20.09.2018
Sevak Akobyan: ”Hakimiyyət KİV-ə təzyiqi artıracaq”
20.09.2018
Tevos Arşakyan: ”Paşinyan boş-boş danışmaqla məşğuldur”
19.09.2018
İnternetdə şərh yazmaq üçün qeydiyyatdan keçmək lazımdır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10129

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info