“İlk dəfə bu görüşdə ABŞ tərəfindən münaqişənin həllinə daha ciddi maraq gördüm”
Tarix: 06.09.2014 | Saat: 01:22:00 | E-mail | Çapa göndər


Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov ABŞ dövlət katibi Con Kerri, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyan arasında keçirilən görüşün detallarını açıqlayıb. N. Məmmədov deyib ki, öncədən planlaşdırılmayan bu görüş C.Kerrinin təklifi ilə baş tutub. N.Məmmədov bildirib ki, görüşdə Prezident İlham Əliyev Azərbaycanın mövqeyini bir daha açıqlayıb:
“Azərbaycanın mövqeyi ədalətlidir, beynəlxalq hüquqa əsaslanır. Dövlət başçısı münaqişənin həlli ilə bağlı ən konstruktiv, müasir beynəlxalq münasibətlərin ruhuna uyğun variantı təklif etdi. Ermənistan prezidenti Serj Sarkisyan isə əvvəlki dövrlərdə olduğu kimi situasiya ilə əlaqəsi olmayan bir variantda Ermənistanın mövqeyini ifadə etdi və iddialarını nümayiş etdirdi. Mənim üçün maraqlı olan o idi ki, Con Kerri doğurdan da məsələlərə ciddi yanaşırdı. ABŞ dövlət katibinin Azərbaycan Prezidentinin mövqeyini qəbul etdiyi qənaətinə gəldim. ABŞ dövlət katibinin sözlərindən, bəyanatından bu qənaətə gəldim ki, Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə diqqəti daha da artıracaq. Çünki digər görüşlərlə müqayisədə ABŞ tərəfindən ilk dəfə bu görüşdə münaqişənin həllinə daha ciddi maraq gördüm. Con Kerri suallar verirdi, görürdüm ki, Azərbaycanın mövqeyi onun tərəfindən daha ədalətli, düzgün görünürdü".

“Azərbaycan-İran münasibətlərinin inkişafı istiqamətində müsbət yöndə proseslər gedir”
N. Məmmədov deyib ki, bu ilin əvvəllərində Azərbaycan Prezidenti İlham Əliyev və İran prezidenti Həsən Ruhani İsveçrənin Davos şəhərində keçirilən ilk görüşdə ikitərəfli münasibətlərin inkişafı ilə bağlı bir çox məsələləri müzakirə edib, fikir mübadiləsi aparıb: “Prezidentlər belə qərara gəldilər ki, bundan sonra ikitərəfli münasibətlərə müəyyən ləkə salmaq, zərbə vurmaq, problem yaratmaq istəyən dairələrin təxribatlarının qarşısı alınsın, bütün səylər ikitərəfli münasibətlərin inkişafına yönəldilsin. Doğurdan da ötən müddətdə böyük addımlar atılıb. Həm İranda, həm də Azərbaycanda proseslər prezidentlərin qeyd etdiyi istiqamətdə gedir”. N. Məmmədov Azərbaycan-İran münasibətlərinin inkişaf perspektivlərinə nikbin yanaşdığını deyib: “İki ölkənin münasibətlərində yaxşı perspektivlərin olduğunu hər iki tərəf qeyd edir. Düşünürəm ki, ikitərəfli münasibətlərimiz bu istiqamətdə inkişaf edəcək”. Azərbaycan Prezidentinin İrana səfərini və İran-Azərbaycan Birgə Komissiyasının rəhbərlərinin qarşılıqlı səfərlərini xatırladan N. Məmmədov bildirib ki, İran Prezidentinin də Azərbaycana səfəri gözlənilir: “İki ölkənin münasibətlərinin inkişafı istiqamətində müsbət yöndə proseslər gedir. Eyni zamanda əvvəlki dövrlərdən fərqli olaraq mətbuatda, müəyyən dairələrdə iki ölkənin münasibətlərinə zərbə vurmaq yönündə çıxışlara da rast gəlinmir. Bu iki ölkə arasında ənənəvi qonşuluq, dostluq, qardaşlıq münasibətləri olub. Hər iki tərəf düşünür ki, ən düzgün yol bu istiqamətdə getməkdir. Amma bunu istəməyənlər də var. Ola bilsin ki, Azərbaycanda da, İranda da iki ölkə münasibətlərinin inkişafında maraqlı olmayan kimsə, hansısa qurum var. Eyni zamanda iki ölkə münasibətlərinin yaxşı olmasını kənarda da istəməyənlər ola bilər. Bu yaxınlarda bir pilotsuz təyyarə ilə bağlı yayılan informasiyalar da bunu göstərdi. Haradasa nə isə olub, kənardan kimsə ortaya atdı ki, bu pilotsuz təyyarə Azərbaycandan İrana uçmuş ola bilər. Çox yaxşı ki, İran tərəfi baş verənləri düzgün qiymətləndirdi. Amma kənardan kimlərsə Azərbaycan - İran münasibətlərinin inkişafına mane olmaq istəyir, iki ölkə arasında münasibətlərin inkişafını maraqlarına zidd sayırlar”. N. Məmmədov qeyd edib ki, bu günlərdə İranın Azərbaycandakı səfiri Möhsün Pakayin də bildirib ki, kimlərsə iki ölkə arasındakı münasibətlərə zərbə vurmaq istəyir: “Bu, düzgün mövqedir. Ancaq bir daha qeyd etmək istəyirəm ki, prezidentlərin mövqeyinə uyğun olaraq xüsusən bu il iki ölkə münasibətləri inkişaf edir. Düşünürəm ki, bundan sonra da inkişaf edəcək”.
CAVİDAN




 
Bölməyə aid digər xəbərlər
22.02.2019
Özəl telekanallarda yayımlanan bayağı seriallar bizi çox narahat edir
22.02.2019
Müxalifət özü də bilir ki, bu aksiyalar mənasızdır, xalqın iradəsini ifadə etmir
22.02.2019
“Talibana hərbi təzyiq göstərməyə davam edəcəyik“
22.02.2019
Azərbaycan “Şimal-Cənub” nəqliyyat dəhlizinin regional qovşaqlarından biridir
21.02.2019
“Yeni fərman ciddi bir sosial məsələnin həlli istiqamətində atılan addımdır”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10615

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 Diaspor üzvləri Ümumavropa Qarabağ mitinqinə çağırış edib
3 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
4 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub
5 1400 manat maaşla sürücü axtarılır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info