Bakı daha bir mötəbər yarışa ev sahibliyi edəcək
Tarix: 08.09.2014 | Saat: 16:10:00 | E-mail | Çapa göndər


Yunanıstanın Afina şəhərində keçirilən yelkənli qayıqların 470 Olimpiya sinfi üzrə Beynəlxalq Assosiasiyanın Baş Assambleyasında yelkənli qayıqların 470 Olimpiya sinfi üzrə 2016-cı ildə keçiriləcək dünya çempionatına ev sahibliyi edəcək ölkənin müəyyən edilməsi məqsədilə səsvermə baş tutub.
Azərbaycan Yelkənli İdman Federasiyasının mətbuat xidmətindən verilən məlumata grə, Assambleyada 254 səs çoxluğu ilə Azərbaycanın yelkənli qayıqların 470 Olimpiya sinfi üzrə 2016-cı ildə keçiriləcək dünya çempionatına ev sahibliyi etməsi barədə qərar qəbul edilib.
Assambleya çərçivəsində Azərbaycan Yelkənli İdman Federasiyasının nümayəndələri tərəfindən təqdimat keçirilib və mötəbər beynəlxalq tədbirlərin keçirilməsində böyük təcrübəsi olan Vətənimizin paytaxtı, daim yenilən, müasirləşən və xüsusilə də küləklər şəhəri olan Bakı şəhərinin yelkənli qayıqların 470 Olimpiya sinfi üzrə 2016-cı ildə keçiriləcək dünya çempionatına ev sahibliyi etməsinin doğru seçim olduğu Beynəlxalq Yelkənli İdman Federasiyasının nümayəndələri və Assambleya iştirakçıları tərəfindən xüsusilə vurğulanıb.

Qeyd edək ki, yelkənli qayıqların 470 Olimpiya sinfi iki əllə idarə olunan yarış qayıqlarıdır və bu sinfin adı onun ümumi uzunluğunun santimetrlə ölçüsündən yaranıb (qayıq 4.70 m uzunluğundadır) və bu qayıqlar sürətli üzmə qabiliyyətinə malikdirlər. 470 Olimpiya sinfinə aid olan adıçəkilən qayıqların çəkisinə nisbətən iri həcmli yelkənləri vardır ki, bu da qayıqların avtomobillərlə müqayisədə sanki dəniz avtomobili tək dənizdə yüksək sürətlə və manevrlə idarə olunmasına şərait yaradır.
1963-cü ildən idman növü kimi formalaşmış yelkənli idman növü 1976-cı ildən Olimpiya sinfinə daxil edilmiş 10 yelkənli idman növündən biridir və 300 nəfərdən artıq idmançının iştirak etdiyi bu idman növü üzrə yarışlar dənizdə keçirilən ən böyük yarışlardan biri hesab olunur.
Vətənimizin belə bir beynəlxalq səviyyəli, mötəbər yarışa ev sahibliyi etməsinin Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən böyük zəhmət və qayğı ilə Respublikamızın beynəlxalq idman aləmində formalaşdırılmış nüfuzunun daha da artırılması istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlərin tərkib hissəsi olması fəxr hissi ilə qeyd edilməlidir.
Tural




 
Bölməyə aid digər xəbərlər
26.05.2019
Aerobika gimnastikası üzrə Avropa çempionatı: Azərbaycanın aerodans komandası qızıl medal qazanıb
26.05.2019
“The Daily Star”: “Arsenal” Henrix Mxitaryanı satmağı qərara alıb
26.05.2019
Azərbaycan boksçuları Çexiya Qran-prisində bir qızıl və bir bürünc medal qazanıblar
26.05.2019
Rusiya üçlüyü aerobika gimnastikası üzrə Avropa çempionatında qızıl medal qazanıb
26.05.2019
“Bavariya“ Almaniya kubokunun qalibi olub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10790

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 Erməni əsilli gimnast: Mxitaryanın yerində olsaydım, komandamla birgə Bakıya gələrdim
5 Vahid Rzayev:”Səhər gördük ki, ermənilər arxiv sənədində özlərinə sərf etməyən hissəni qayçı ilə kəsiblər”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info