“Böyük Şor” gölünün ətrafında ali təhsil müəssisələri üçün ərazilər nəzərdə tutulur
Tarix: 08.09.2014 | Saat: 16:10:00 | E-mail | Çapa göndər


“Böyük Bakının Regional İnkişaf Planı” layihəsinə daxil olan Məxsusi Bakının Baş Planı üzrə əsas prinsipial təkliflərdən biri də “Böyük Şor” gölünün yaxınlığında, Xocasən və Zığ qəsəbələrində ali təhsil müəssisələrinin yaradılması üçün ərazilərin nəzərdə tutulmasıdır.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin şöbə müdiri Cahangir Qocayev bildirib ki, təklif edilən perspektiv zonalardan biri də Qaradağ rayonudur. Buraya paytaxtın bəzi ali təhsil müəssisələrinin köçürülməsi təklif olunur. “Böyük Şor” gölünün abadlaşdırılması nəticəsində isə həmin ərazidə kampusların yaradılması üçün yer nəzərdə tutulur. Geniş əraziyə malik gölün hazırda yalnız bir hissəsi qurudulur. Gölün ətrafının abadlaşdırılması ilə yanaşı, həm də ictimai mərkəzə çevrilməsi planlaşdırılır.
Şöbə müdiri əlavə edib ki, əgər hansısa təhsil müəssisəsinin köçürülməsi Təhsil Nazirliyi tərəfindən müvafiq Proqrama salınarsa, bu məsələ öz həllini tapa bilər.
Məsələn, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının yeni tədris kompleksi Xocasəndə yerləşir. Yeddi korpusun daxil olduğu tədris kompleksi xüsusi dizaynla yüksək standartlar səviyyəsində, dünyanın tanınmış universitetlərinin təcrübəsinə əsaslanaraq, ən son texnoloji nailiyyətlərlə inşa olunub.
Kompleksə, həmçinin iki idman korpusu, müəllimlər və tələbələr üçün dörd yataqxana daxildir. Odur ki, yaxın ərazilərdə digər təhsil müəssisələrinin də inşası mümkün ola bilər.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Yanvar-avqust aylarında əsas kapitala 9 milyard manata yaxın vəsait yönəldilib
19.09.2018
Yeni yolların açılışı cənub bölgəsində turizmin inkişafına təkan verəcək
19.09.2018
“First in Azerbaijan“ investisiya təşviqi mexanizmi yaradılır
19.09.2018
Növbəti startap turu Sumqayıtda keçiriləcək
19.09.2018
Neft sənayesi işçiləri təltif edilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info