Yerli şirkətlərin digər ölkələrin təcrübəsindən bəhrələnməsi təklif olunur
Tarix: 08.09.2014 | Saat: 18:02:00 | E-mail | Çapa göndər


Elçin Əliyev: “Azərbaycanın hazırkı maliyyə imkanları inkişaf etməkdə olan ölkələrdə İKT-nin inkişafına istiqamətlənən qrantlar ayırmağa imkan verir”

Yerli şirkətlərin xarici bazarlara müvəffəqiyyətlə çıxması üçün Azərbaycan digər ölkələrin, o cümlədən Çin və Cənubi Koreyanın təcrübəsindən də bəhrələnməlidir. Bu haqda SİNAM şirkətinin prezidenti Elçin Əliyev bəyan etdi.
Onun sözlərinə əsasən, həmin ölkələri təmsil edən milli İT-şirkətlərə dünyanın müxtəlif regionlarında bazarlara daxil olmaq məqsədilə dövlət səviyyəsində hərtərəfli dəstək göstərilir: “Məsələn, Çin və Cənubi Koreya müxtəlif ölkələrdə İKT sektoruna dəstək göstərmək üçün xüsusi dövlət fondları vasitəsilə maliyyə vəsaiti ayırır. Həmin maliyyələşmə çərçivəsində İT-layihələrin reallaşdırılması isə elə Çin və ya Cənubi Koreya şirkətləri tərəfindən aparılır. Bu tip model İT-şirkətlərin onları maraqlandıran bazarlara daha asan çıxışını təmin edir. Tədricən öz bacarıq səviyyəsini nümayiş etdirən və bu və ya digər ölkədə loyallıq qazanan Çin və ya Cənubi Koreya şirkətləri digər iri İT-layihələrin reallaşdırılmasında da iştirak edirlər.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) də bu cür model vasitəsilə Azərbaycanın İKT şirkətlərinin inkişaf etməkdə olan ölkələrin bazarlarına uğurlu çıxışı üçün şərait yarada bilər. Azərbaycanın hazırkı maliyyə imkanları inkişaf etməkdə olan ölkələrdə İKT-nin inkişafına istiqamətlənən qrantlar ayırmağa imkan verir və buna oxşar modellər ölkəmizin ixrac potensialının artırılmasına yardım edə bilər”.
E.Əliyev onu da qeyd etdi ki, nazirlik fəaliyyətinin ilk günlərindən özəl bisnesə xüsusi diqqət göstərir: “Bütün dünyada tanınan və qəbul edilən 3P modeli (public, private, partnership), yəni dövlət-özəl sektor tərəfdaşlığı Azərbaycanən İKT sektorunda da uğurla tətbiq olunmaqdadır. Artıq uzun müddətdir ki, RYTN öz maliyyəsi hesabına dünyanın aparıcı sərgilərində Azərbaycanın yerli şirkətlərinin iştirakına şərait yaradır. Yerli şirkətlərin xarici bazarlara çıxışı üçün bu, çox önəmli addımdır. Amma yüksək texnologiyalar sahəsində ölkənin ixrac potensialının artırılması üçün digər tərəfdaşlıq modellərinin istifadəsi də zəruridir”.

Fuad




 
Bölməyə aid digər xəbərlər
15.06.2019
Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın davamlı inkişafının əsasını qoydu
15.06.2019
İyunun 15-i xalqımızın bəlalardan qurtuluşunun carçısıdır
14.06.2019
Azərbaycanın bugünkü reallıqları Heydər Əliyev siyasətinin təntənəsi, milli qurtuluşun uğurlarıdır
14.06.2019
Bakıda dəhşət: Jurnalistin qızı və arvadı özünü 10-cu mərtəbədən atdı
14.06.2019
“Carlsberg Azerbaijan” ETSN qarşılıqlı anlaşma haqqında memorandum imzaladı

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10805

1 Naxçıvanda “Cavidşünaslıq” oncildliyinin təqdimatı olub
2 Rufiz Qonaqov: Xəzəryanı ölkələrin xalqları arasında dostluq və əməkdaşlıq platformaları əhəmiyyətlidir
3 “Aa.com.tr”: “2020-ci ilə qədər Azərbaycan qazının Avropa bazarlarına çatması gözlənilir”
4 Ermənilərin təyyarəmizi vurmaq cəhdi uğursuzluqla nəticələnib - VİDEO
5 Çilidə güclü zəlzələ olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info