Azərbaycanla Seneqalın gömrük xidmətləri əməkdaşlıq edəcək
Tarix: 08.09.2014 | Saat: 18:06:00 | E-mail | Çapa göndər


Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev Seneqalın İqtisadiyyat və Maliyyə Nazirliyinin Baş Gömrük İdarəsinin baş direktor müavini Noiaye Aliunun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Görüşdə qonaqları salamlayan A. Əliyev bildirib ki, Seneqalla Azərbaycanın münasibətləri yüksələn xətlə inkişaf edir.
DGK sədrinin sözlərinə görə, bugünkü görüş haqda razılıq 2013-cü ildə Brüsseldə keçirilən tədbir çərçivəsində əldə olunub.
O, dost ölkə olaraq Seneqal tərəfini maraqlandıran bütün sahələrdə əməkdaşlığın təklif olunduğunu deyib. “Elektron hökumət” layihəsindən söz açan komitə sədri qeyd edib ki, DGK bu məsələdə ən qabaqcıl qurumlardan biridir.
A. Əliyev həmçinin ölkədə yaradılan Kinoloji xidmət haqda qonaqları məlumatlandırıb. Komitə sədri deyib ki, bu mərkəzdə təlim keçən itlər bir çox dövlətlərin gömrük xidmətlərinə hədiyyə olunur və uğurla fəaliyyət göstərirlər.
Sədr onu da əlavə edib ki, Seneqalla Azərbaycan arasında bu günə qədər heç bir rəsmi sənəd mövcud deyil.
“Kadrların hazırlanması sahəsində iki ölkə arasında sənəd imzalanmasına başlaya bilərik və bu sahədə gələcək əməkdaşlığımızın bünövrəsi bu görüşdə qoyula bilər”.
N. Aliu isə öz növbəsində A. Əliyevin bu təklifini nəzərdən keçirəcəklərini bildirib: “Ümid edirəm ki, bu sahədə əməkdaşlığımız uğurlu alınacaq”.
Tural




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Qəbələdə 8 yaşayış məntəqəsinin yolunun yenidən qurulması yekunlaşır
25.09.2018
Nazir müavini: Pensiya təyinatı proseduru elektronlaşdırılacaq
24.09.2018
Səyyar ASAN xidmət davam edir
24.09.2018
Leyla Əliyeva “Beynəlxalq Sülh Günü”nə həsr olunmuş tədbirə qatılıb
23.09.2018
Səkkiz ayda hər bir sakin 554,5 manatlıq ödənişli xidmətlərdən istifadə edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10142

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info